Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 Liberal demokratiyanın sonu (Doktor Ayət Qənbəri)

Demək olar ki, Yoshihiro Francis Fukuyam görüşlərinin meydana gəlməsi liberal demokratiya cərəyanının üstünlüyü bəhsini qəzəşdırdı. Bu nəzəriyyənin əsası və əhəmiyyəti nədən ibarətdir?

Fukuyamanın nəzəriyyəsinin əhəmiyyəti bundan ibarətdir ki, o, Hegelin nəzəriyyəsini əsas götürərək liberal demokratiyanı bəşər ideologiyası təkamülünün sön nöqtəsi, son bəşəri hakimiyyət forması, başqa sözlə desək, tarixin sonu hesab edir.

Fukuyamanın qənaətinə görə son illərdə bütün dünyada liberal demokratiyanın bir hakimiyyət sistemi kimi legitimliyi haqqında yekdil fikir formalaşmışdır. Onun fikrincə buna səbəb liberal demokratiyanın padşahlıq, faşizm və sonlarda kommunizm kimi rəqiblərini məğlub etməsi faktıdır. O deyir: “Ola bilər ki, liberal demokratiya bəşər ideologiyası təkamülünün son nöqtəsi, son bəşəri hakimiyyət forması, tarixin sonu olsun. Çünki ilkin hakimiyyət formaları çoxlu qüsurları olduğu üçün, ağıla müfafiqlik olmadığı üçün çöküşlə nəticələndi. Amma liberal demokratiya isə bu növ daxili təməl ziddiyyətlərdən uzaqdır”.

Əlbəttə, o xatırladır ki, bu nəzəriyyənin önə çəkilməsinin mənası heç də bu deyil ki, Amerika, Fransa, İsveçrə kimi bugünkü sabit demokratik sistemlərdə ədalətsizlik və ya digər ciddi ictimai problem yoxdur. Onun fikrincə, bu problemlər iki başlıca prinsipin – azadlıq və bərabərlik prinsiplərinin özündən yox, düzgün icra edilməməsindən qaynaqlanır.

Fukuyamanın “tarixin sonu” konsepsiyasının nəzəri əsası haradan mənşə almışdır?

Onun konsepsiyasının kökündə Marks və Hegelin nəzəriyyələri dayanır. Fukuyamaya görə, tarix vahid münsəcim və təkamüldə olan bir prosesdir. O, xatırladır ki, Marks və Hegel hər ikisi bəşəri cəmiyyətlərin sonsuz olmadığını bildirirdilər. Bir zaman bəşər onun ən dərin, köklü arzularına cavab verə biləcək bir cəmiyyət qura bilsə, tarix sona yetməli olacaq.

Onun fikrincə hər iki mütəfəkkir tarixin sonunu sübuta yetirmişlər. Burada fərq bundan ibarətdir ki, sözügedən son Hegelə görə liberal, Marksa görə isə kommunist cəmiyyət idi. Fukuyamaya görə tarixin sonunda məqsəd böyük hadisələrin baş verməyəcəyi bir cəmiyyət yox, təməl prinsiplərin daha irəliyə gedə bilməyəcəyi, inkişafın son həddinə yetəcəyi cəmiyyətin qurulacağı zamandır.

Fukuyamanın konsepsiyasının əhəmiyyəti ondadır ki, Qərb dünyası Amerikanın rəhbərliyi altında liberal demokratik quruluşun üstünlüyünü zorla, hərbi təzyiqlərlə, militarist üsullarla dünyaya sırımaq fikrindədir və onun fikirləri Amerika dövlətinin dünyada tətbiq etmək istədiyi üsuli-idarənin haqq qazandırmaq üçün əlverişli nəzəri dəstavüzdür.

Fukuyama liberal demokratiyanın hökmranlığının və tarixin sonu konsepsiyasının isbatı üçün hansı dəlilləri ortaya qoyur?

Fukuyama bəşəriyyəti liberal demokratiyaya doğru yönləndirəcək münsəcim və məqsədyönlü tarix konsepsiyasını iki yolla sübuta yetirməyə çalışır: iqtisadi və fəlsəfi izah yolu ilə.

Fukuyamanın liberal demokratiyanın hökmranlığı üçün göstərdiyi sübütun iqtisadi yanaşması hansı baxışa əsaslanır?

Fukuyamanın iqtisadi istinadına görə xalqlar öz hakimiyyətlərini qorumaq üçün inkişaf etməyə, modernləşməyə məcburdurlar. Buna dəstək ola biləcək iqtisadi sistem kapitalist iqtisadiyyatdır.

Onun qənaətinə görə yeni təbiətşünaslıq elmləri iqtisadi istehsal imkanları sahəsindəیکسلنی  üfüqlər açmışdır. Texnologiya və qeyri-məhdud sərvət toplanması daim artmaqda olan bəşəri meyillərin doyurulmasına imkan yaradır.

Onun fikrincə bu proses bütün bəşəri cəmiyyətləri onların tarixi köklərindən, mədəni irslərindən asılı olmayaraq tənzimləyir. O bildirir ki, iqtisadi yenidənqurmanı təcrübədən keçirən bütün dövlətlər labüd bir-birlərinə daha çox oxşayırlar, şəhər həyatına meyil göstərirlər. İctimai quruluşun qəbilə, firqə, ailə kimi ənənəvi formaları öz yerini rasional baxımdan daha əlverişli olan formalara verir və öz vətəndaşları üçün ümumi təlim-tərbiyı şəraiti yaradır.

Bu növ cəmiyyətlər dünya bazarları və həmçinin ümumi istehlak mədəniyyəti vasitəsi ilə bir-birlərinə daha da yaxınlaşır, bağlanırlar. O, keçən iki onillikdə azad liberal bazar iqtisadiyyatı prinsiplərinin geniş yayılmasına toxunaraq bildirir ki, sonda kapitalist quruluşlardan kənar qalan iqtisadi sistemli ölkələr kapitalist sistemə qatılmağa məcbur olacaqlar. Bütün bunlara əsasən bəşər tarixinin iqtisadi yolunda son məqsədin kapitalizm olduğunu bildirir.

Liberal demokrat hakimiyyətin fəlsəfi əsasları hansılardır?

Fukuyama öz fəlsəfi izahını “insanı rəsmi olaraq tanımaq ehtiyacı” bəhsi ilə başlayır. O, bu nəzəriyyəni Hegeldən və onun tarixə verdiyi qeyri-maddi izahdan əxz etmişdir. Onun bu istinadı Aleksandr Kujonun Hegelin insan fitrətinə verdiyi izaha dayanan konsepsiyasına əsaslanır. Bu konsepsiya خدایگانگی و بندگی  üzərində qurulmuşdur.

Əslində Hegel tarixin başlanğıcında baş vermiş bir savaşı xəyalı qurur. Bu savaşda insanlar öz canlarını təhlükəyə atmışlar ki, başqaları onları rəsmi olaraq tanısınlar. Qalib tərəfin tanınması və qəbul olunması o zaman gerçəkləşir ki, digər şəxs onun qulu olmuş olsun. Amma bu خدایگانگی و بندگی  ağalıq və nökərlik münsabibətləri möhkəm deyil. Çünki bir tərəfdən nökər və kölə rəsmi olaraq tanınmaq istəyir, digər tərəfdən isə خدایگان یا خواجه  də öz bərabər səviyyədə olduqları tərəfindən qəbul olunmaq, tanınmaq istəyir. Demək, münasibət o zaman balanslaşır ki, hər iki tərəf bir-birini qəbul etsin və ounu qədrini bilsin.

Fukuyama Kujonun fikirlərini davam etdirərək rəsmi olaraq tanınmağı tarıxın mühərriki hesab edir. Onun fikrincə əyan cəmiyyətlərdə tanınmamaq baxımından razılığın əldə olunmaması tarixin sonrakı mərhələləri üçün meydana gələn ziddiyyətdir.

Fukuyamanın fikrincə, Amerikada, Fransada və ya digər liberal dövlətlərdə dünyaya göz açan uşaq yoxsul və ya zəngin, ağ və ya qara olmasından asılı olmayaraq bərabər vətəndaşlıq hüququna malikdir. Onun malikiyyət hüququq var. Dövlət və digər vətəndaşlar onun hüquqlarına hörmətlə yanaşırlar.

Hər halda onun fikrinə görə liberal inqilablar keçmiş kölələri xalq hakimiyyəti, qanun hökuməti qurmaqla öz sahiblərinə خدایگان çevirdi. Bunun nəticəsində hər bir vətəndaş digərini (digərinin hüquqlarını) rəsmi olaraq tanıdı. Dövlət də öz növbəsində onlara hüquqlar verməklə onları rəsmi olaraq tanıdı. Habelə onun fikrincə, liberal demokrat sistemə malik ölkələr müharibəyə daha az meyillidirlər. Çünki burada bütün millətlər qarşılıqlı olaraq bir-birinin legitimliyini qəbul edir, rəsmi olaraq tanıyırlar.

Bütün bunlar göstərir ki, Fukuyama dünyanın gələcəyinin kapitalist liberal demokratik sistemə xas olduğu qənaətindədir. Maraqlıdır, belə bir iddia gerçək ola bilərmi?

Gerçək budur ki, Fukuyamanın hipotezi elmi istinaddan çox  Sovet Sosialist İttifaqının dağılmasından yaranan fəzanın təsirindən irəli gəlmişdir.

Sovetlər Birliyinin dağılması və Qərb dünyasında bir sıra iqtisadi mövqeylərinin əldən çıxması Ameriak nəzəriyyəçilərində və onların fikir istehsalı mərkəzlərində belə bir təşəxxüs yaratdı ki, liberal kapitalizm əbədi qələbəyə yetdi.

Fukuyamanın sivilizasiyaların liberal demokrat sivilizasiya ilə nəticələnməsi yönündə önə çəkdiyi iqtisadi görüşü necə tənqid oluna bilər?

Fukuyama kapitalizmi bəşər iqtisadi tarixini yolunda son məqsəd hesab edir. Əgər ideal bəşəri sistem bəşərin ən dərin, təməl arzularını doyurmalıdırsa, həqiqətən, kapitalist iqtisadiyyat dünya xalqları üçün bu şəraiti yaratmışdırmı?

İnkar etmək olmaz ki, bu sistem sayəsində çoxlu sayda texnoloji inkişaf və ixtiralar meydana gəlmişdir. Lakin həmin iqtisadi sistemin dəhşətli nəticələrini, hətta liberal demokratiyanın ən ideal cəmiyyəti olan Amerikada müşahidə etmək olur. İctimai böhran, böyük iqtisadi uçurum, təbəqələşmə, mənəvi böhran və s. göstərir ki, azad bazar iqtisadiyyatı bəşərin təməl arzularını, hətta ən ideal cəmiyyətində, yəni Amerkada belə gerçəkləşdirməkdə aciz olmuşdur. Bundan başqa, cəmiyyətlərin inkişafının yeganə modeli Qərb modeli deyil. Yaponiyada, Çində, Maleziyada, Sinqapurda milli mədəniyyəti qorumaqla yanaşı əldə olunan inkişaf göstərir ki, cəmiyyətlərin liberal inkişaf modelinə qatılmaları məcburi deyil.

Bir çox ekspertlərə görə beynəlxalq kapitalist sistem, xüsusilə beynəlxalq ticarət sahəsində elə bir vəziyyət yaratmışdır ki, inkişaf dövrünü yaşayan ölkələrin sözügedən prosesə qatılmaqdan başqa çarəsi olmasın. Digər tərəfdən isə bazar iqtisadiyyatının, iqtisadi yenidənqurma prosesinin geniş yayılması və kapitalizmdən xaric olan xalqların məcburi olaraq bu sistemə keçməsi dünya səviyyəsində həmin nəticələri doğurmuşdur.

Bu proses ətraflnda hazırda da böyük söz-söhbət olduğun nəzərə alsaq onun hansı nümunələrini göstərmək olar?

Bu haqda çoxlu nümunələr var. Misal üçün, otuz il ərzində - 1950-ci ildən 1980-cı illər arasında şimal ölkələri ilə cənub ölkələrinin fasiləsi otuzda birdən yüz əllidə birə enmişdir. Bir halda ki, liberal demokratiya tərəfdarı olan siyasətçilər, dünya mediaları bunu inkişaf dövrü (keçid dövrü) adlandırırlar.

Digər məsələ isə budur ki, dünya milyarderlərinin yalnız on nəfərinin maddi vəsaiti yüz otuz üç milyard dollardır. Bu, İran, Misir, Pakistan kimi inkişaf etməkdə olan dövlətlərin ümumi gəlirinə bərabərdir. İdeal liberal demokrat ölkələrdə mövcud olan bu qeyri-bərabərlik də çox geniş hal almışdır. 1991-ci ildə Amerika xalqının yalnız beş faizi milli gəlirin təqribən doxsan faizinə malik idi. Fransada isə xalqın altı faizi milli gəlirin əlli faizinə, qalan doxsan dörd faiz isə digər əlli faizinə malik idi.

Digər nümunəsi isə budur ki, hər il otuz milyon insan aclıqdan həyatını itirir. Hazırda səkkiz yüz milyon insan isə düzgün qidalanmadan məhrum olduğu üçün xroniki xəstəliklərin daşıyıcısıdır. Bu statistika BMT-nin Uşaq Fondunun  (UNİCEF) 1990-ci ildə yaydığı məlumata görə cənub dövlətlərində qırx beş milyon nəfərə çatır ki, onların on üç milyonunu uşaqlar təşkil edir. Rujqardinin təbirincə desək, bu, Amerika liberal demokrat sisteminin hər iki gündən bir yeni Xirosima meydana gətirməsi deməkdir.

İnkişaf etməkdə olan dövlətlərin 4/4 milyard əhalisinin beşdə üçü səhiyyə xidmətlərindən məhrumdur.

Fransa Le Monde qəzetinin yaydığı məlumata görə dünyada bir milyard üç yüz milyondan çox insan mütləq yoxsul həyat sürür. Bu rəqəm günü-gündən artmaqdadır. Bəzilərinin təxmininə görə bu rəqəm iki milyarda çatmışdır.

Bir araşdırmaya görə, dünya əhalisinin dörddə birindən çoxu bir dollardan az gəlirlə yaşayır. Dünya əhalisinin yarısı isə iki dollardan az gəlirlə, yetmiş faizə yaxını isə üç dollardan az gəlirlər həyat sürür. Amma dünyada iqtisadi zülm sikkəsinin digər üzündə isə dünya milyarderlərinin on faizi yer alır ki, dünya ümumi gəlirinin səksən faizinə sahibdirlər.

Məlumdur ki, bu böyük qüsurun ən mühüm amillərindən biri dünya miqyasında cənub dövlətlərini kapitalist iqtisadın tətbiqi ilə müstəmləkəyə çevrilməsi nəticəsində meydana çıxmışdır.

Kapitalist sistemin mənfi nəticələrindən biri də ayrı-ayrı fərdlərin gizlin olaraq kapitalistlərin köləsinə çevrilməsidir. Zahirdə bu sistem hakim olan cəmiyyətlərdə hamı azaddır. Amma həqiqətdə isə gərgin iş rejimi ilə barışmağa məcburdurlar.

İctimai bərabərsizliyin çoxalması, cəmiyyətin təkqütblü olması yoxsulluq, səfillik bu iqtisadi sistemin digər acı nəticələrindəndir. Bu, hətta inkişaf etmiş şimal ölkələrində də belədir.

1980-cı ilin ikinci yarısında Amerikada evsizlərin sayı beş milyondan doqquz milyona qədər artmışdır. Amerika ahıllarının yeddi faizi ömürləri boyunca evsiz-eşiksizliyi təcrübə etmişlər.

Yoxsul məhəllələri, irqi ayrı-seçkilik, məhbusların sayının artması da kapitalist iqtisadi sisteminin ərməğan etdiyi mənfi nəticələrdəndir.

Kapitalizmin ən ideal sistemi dünyada ən çox məhbusu olan ölkədir. Kaliforniya ştatı Amerika Birləşmiş Ştatlarında ən çox məhbusu olmaq istixarına sahibdir.

Hal-hazırda pozğunluq, uşaqların cinsi istismarı Amerika və Kanada ən rövnəqli uşaq pozğunluq bazarlarındandır.

Amerika Əmək Nazirliyinin yaydığı məlumata görə, buna səbəb qida və s. ehtiyaclar üçün daha çox gəlir əldə etmək cəhdləridir. Bu uşaqlar QİÇS və s. cinsi xəstəliklərə yoluxmaq və ya vəhşicəsinə cinsi istismara məruz qalmaq təhlükəsi ilə üz-üzədirlər. Onlar bu vəziyyətin acı nəticələri ilə – çox güman ki, çox az olan – ömürləri boyunca əlbəyaxa olurlar.

Bütün bunları insanın ən ülvi ehtiyaclarını təmin etmək istəyən ideal bəşəri sistemə necə aid etmək olar?

Liberal demokratik cəmiyyətin mərkəzində (Amerikada) federal polis hər iyirmi iki dəqiqədə bir qətl, hər beş dəqiqədə bir təcavüz, hər qırx doqquz saniyədə bir oğurluq, hər otuz saniyədə bir silahlı basqın, hər on saniyədə isə bir silahlı oğurluqla qarşılaşır.

Bugünkü kapitalist sistem öz iqtidarının klüminasiya həddinə yüksəlmiş və Amerika dünyada vahid gücdür. Əgər liberal demokratik sistem bütün bu inkişafa, imkanlara rəğmən bəşəriyyətin köklü iqtisadi ehtiyaclarını təmin edə bilməmişdirsə, sözügedən qüsurları aradan qaldıra bilməmişdirsə, bu, onun kökdən zəif olduğunun göstəricisidir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, kapitalizm iqtisadiyyatı zülm, ayrı-seçkilik üzərində qurulmuşdur. Belə bir sistem iqtisad sahəsində ideal ədalətə susayan bəşəriyyət üçün ideal sistem ola bilməz.

Liberal demokratiyanın digər sivilizasiyalar üzərində hökmranlığı üçün göstərilən istinadın fəlsəfi tətəflərinə qarşı hansı iradları önə çəkmək olar? Fukuyamanın bu konsepsiyasını necə tənqid etmək olar?

Fukuyama öz hipotezini sübuta yetirmək üçün insanın fitri ehtiyacından, yəni rəsmi olaraq tanınması duyumundan yararlanmışdır. Onun fikrincə bu ehtiyac yalnız liberal demokratik sistemdə təmin olunur. O, bildirir ki, bəşəriyyət bu növ hakimiyyət sistemlərində tarixin, öz təkamüllərinin sonuna çatır.

Əgər Fukuyamanın bu fikrini Hegelin görüşü əsasında qəbul etsək, o zaman onun insan fitrətində mövcud olan əsaslı bir qanununu rəsmi olaraq tanınmaq səviyyəsinə düşürdüyünün şahidi olacağıq.

Sual budur ki, liberal demokratik sistem bu ehtiyacı təmin etməyə qadirdirmi? Bizim fikrimizcə cavab mənfidir. Kapitalist iqtisadi siyasət yürüdən liberal demokratiya prinsipcə zülm və ayrı-seçkilik üzərində qurulmuşdur. Belə olan halda bəşərin ədalət tələbini necə təmin edəcək? Özündə olmayan bir şeyi başqasına necə verə bilər?

Qeyd etmək lazımdır ki, liberal demokratiya ədalət üzərində yox, iki kök – liberalizm, azadlıqsevərlik və demokratiya, hakimiyyət - üzərində qurulmuşdur. Əgər bu cərəyanın digər prinsiplərini də, misal üçün, humanizmi, individualizm, sekulyarizm, rasionalizm və s. nəzərdən keçirsək, onların ədalətə yad olduğunu görəcəyik. Bəli, demokratiya bir növ siyasi ədalətdir. Lakin siyasi ədalət iqtisadi, mədəni, ictimai, hərbi ədalət olmadan yararsızdır. Belə bir sistemin olması ilk növbədə mümkün deyil. Bundan başqa, bəşəriyyətin ehtiyaclarını da təmin etmir.

Sizcə, liberal demokratik sivilizasiyada liberalizm və demokratiya prinsiplərini bir yerə sığdırmaq və onlara ədalət, insani təkamülə yetmək sayəsində əməl etmək mümkündürmü?

Həqiqət budur ki, liberalizm və demokratiya kimi iki prinsipi vahid bir nəzəriyyəyə sığdırmaq mümkün deyil. Bu ziddiyyətdir. Liberal mövqey fərdi və xüsusi həyat üzərində israrlıdır. Başqalarına ona dəxalət etmək icazəsi vermir. Demokratik mövqey isə kollektiv həyat, toplu seçim qaydası üzərində dayanır və dövlətə fərdi həyata dəxalət hüququ verir.

Nəzəri baxımdan liberal demokratiyanın daxili ziddiyyətləri nədəddir?

Liberal demokratiya nəzəri baxımdan daxilən əsaslı ziddiyyətlərdən əziyyət çəkir. Başqa sözlə desək, liberal demokratiya özü özünü  inkar edir. Liberal demokratiya, hətta siyasi ədalətin bərpasında da məğlubiyyətə uğramışdır. Çünki bu günədək liberalizm prinsipini demokratiya prinsipindən üstün tutmuşdur. Bundan başqa, demokratiya prinsipinin kökündə xalq və xalq hakimiyyəti yox, kapitalizm və kapital dayanır. Bu, həlledicidir.

Ümumilikdə demək olar ki, liberal demokratiyaya, yəni liberalizmə görə dövlət zəruri şərdir. Çünki onun kökündə azadlığa maneçilik durur. Buna görə də azlığın hakimiyyəti ilə kifayətlənmək olar. Bu nəzəriyyədə dövlət gecə qarovulçusu, mübahisələrin hakimi rolunu oynayır.

Maraqlı burasıdır ki, şər və azadlığa mane bir varlıq qarovulçuluqda, mühakimədə, təhlükəsizliyin təmin olunmasında ədaləti necə bərpa edə bilər? Özü şər, qeyri-ədalətli olan bir dövlət ədalət carçısı ola bilməz. Şərdən ədalət törəyə bilməz. Bu yalnız bir halda, sözügedən təfəkkürün prinsiplərində dəyişiklik aparıldığı halda mümkündür.

Praktiki baxımdan bu daxili təzadlar hansılardır?

Praktiki baxmdan da liberal demokratik sistem iki müsbət və mənfi cəhətlərə malikdir. Müsbət cəhəti budur ki, bu sistemin kölgəsi altında çoxlu inkişaflara, ixtiralara şahid oluruq. Amma bu və ya digər nümunə, örnək sistemin funksiyasında mənfi tərəflər olmamaldıır. Liberal demokratların ideal ölkəsi, yəni Amerika böyük problemlərdən əziyyət çəkir.

Mənəvi böhran, qaradərililər, ağdərililər və qırmızıdərililər arasında ədalətsizlik və ayrı-seçkilik, avropalı və qeyri-avropalı miqrantlar arasında ayrı-seçkilik, müsəlamanlar və qeyri-müsəlmanlar arasında ayrı-seçkilik, ailə dağılması kimi ictimai böhranlar, gənclərin, kişilərin sərtliyi, seks cə cinsi azğınlıq, narkomaniya, bir-birinə etibarsızlıq, etiqadi nihilizm, sabitliyin olmaması və təhlükəsizlik böhranı, media və reklam problemləri, siyasi problemlər və s. hər biri Fukuyamanın ideal cəmiyyətinin başlıca problemlərindəndir.

Fukuyama bildirir ki, liberal demokratlardan təşkil olunmuş dünya daha az müharibə stimullarına malik olacaq. Liberal demokrat olan son insan yırtıcı xarakterli deyil. Ondan soruşmaq lazımdır, liberal demokratların dilək kəbəsi olan Amerikanın bugünkü dünyamızda militarist addımlarına, o cümlədən bütün beynəlxalq qanunları ayaq altına atıb Birləşmiş Millətlər Təşkilatının belə etibarını ləkələyərək Əfqanıstan və İraqa qoşun yürütməsinə necə haqq qazandırmaq olar?

Şübhəsiz, liberal demokratiya ədalət üzərində qurulmamışdır. Nəinki praktiki cəhətdən, hətta nəzəri cəhətdən belə bu mühüm bəşəri ehtiyacı təmin edə bilmir. Liberal demokratiya insana birtərəfli baxışla, onu maddi həzzə meyilliliyə sövq etməklə mənəvi tərəfini məhvə sürükləyir.

Liberal demokratların gələcəyini necə dəyərləndirirsiniz?

O din, o məzhəb və ya o konsepsiya dünyanın gələcəyini xilas edə bilər ki, hər tərəfli (siyasi, iqtisadi, hərbi, mədəni, ictimai və s.) ədalət üzərində qurulsun, insanın maddi və mənəvi tərəfini təmin edə bilsin. İnsanlığın yaradılış məqsədləri istiqamətində, yəni Yaradana ibadət sahəsində çiçəklənməsi üçün zəmin yarada bilsin. Buna yalnız İslam və şiəlik qadirdir. İslamın şiəlik qolu həm ədaləti başlıca prinsiplərdən biri hesab edir, həm də ədalətli, xilaskar imamətə etiqad bəsləməklə ədalətli dövlətin, tarixin sonunun ədalətli insanının yolunu gözləyir.

Demək olar ki, Fukuyamanın nəzəriyyəsi elmi nəzəriyyə olması ilə yanaşı onun şəxsi maraqlarında, səliqəsindən irəli gəlmişdir. O və həmfikirləri Amerika liberal demokratik sistemində güddükləri maraqlar səbəbi ilə bu modeli bəşəri cəmiyyətlərin son məqsədi kimi təqdim etməyə, nəzəri əsasını qurmağa çalışırlar.

Demək, liberal demokratiya daxili mənfi cəhətlərinə, ideoloji təzadlarına nəzərən nəinki bugünkü cəmiyyətlərin insanına ülvilik bəxş edə bilməz, əksinə gec və ya tez komunizim kimi tənəzzül, iflas yolunu keçəcəkdir. Burada yalnız insana xas göstərişləri, üsulları özündə əks etdirən İslam dini insani və əxlaqi davranışın bələdçisi ola, yenidən öz inkişaf dövrünə qayıda bilər.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/17
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap