Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 Ərdəbilin cümə namazı – 23 may 2014

alt

Birinci xütbə

الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابی القاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین

Son məqsəd və mənzilə doğru

İlahi kəlamda təqvanın böyük vəsfi budur ki, təqva azuqədir. Azuqə deyəndə nəzərdə tutulur ki, biz müsafirik və müsafir dünyada qalası deyil. Biz dünyada həm qəribik, həm də müsafir. Səfərdə olan insan dünya ilə müsafir kimi davranmalıdır. Müsafir olmaq odur ki, qarşıda məqsəd var və bu o məqsədə doğru hərəkətdəyik. Hər bir insanın məqsədi var. Allah hər bir insan üçün geniş süfrə açmış, mənzil təyin etmişdir. Sizin mənziliniz hansıdır?

Əmirəlmöminin (ə) şər adamların mənzili haqqında

Bu dünyada hesab-kitabsız yaşayan insanların mənzili bir tamaşadır. Axmaq ömür sürənlərin son mənzili maraqlıdır. Həzrət Əli (ə) şər, günahkar insanlar üçün hazırlanmış mənzili gözəl təsvir edir. Bu sözləri qulağınızda sırğa edin! Yaxşı olar ki, əliniz altında Nəhcül-bəlağə olsun və arabir bu kitabı oxuyasınız. Həzrət buyurur: 

و أما أهل المعصیة فأنزلهم شر دار، و غل الایدی الی الأعناق و قرن النواصی بالأقدام و ألبسهم سرابیل القطران و مقطعات النیران، فی عذاب قد اشتد حره، و باب قد أطبق علی أهله، فی نار لها کلب و لجب و لهب ساطع و قصیف هائل، لا یظعن مقیمها، و لا یفادی اسیرها، و لا تفصم کبولها لا مدة للدار فتفنی و لا أجل للقوم فیقضی / خطبه
۱۰۸

Allah bunları haraya qədər endirib? Şər insanlar üçün hazırlanmış ev, dünya evlərindən deyil. Allah onların qollarını boyunlarından asar, saçlarını ayaqlarına bağlayar. Hansı heyvanın alnındakı saçından götürülsə, bu heyvan hərəkət edə bilməz. Şər adamlara həmin evdə qətran yağından libaslar geydirilər. Yağın yandırıcılığı başqa şeylərin yandırıcılığından güclüdür. Çünki yağ bədənə dəyəndə ondan ayrılana qədər yandırır. Yağlar arasında ən pis qoxusu olan yağ qətran yağıdır. Allah özü bu adamlar üçün libas biçib. Həzrət buyurur ki, bu libas oddandır. Allah onları hərarəti hər an artan oda salar. Elə bir yer ki, bütün qapılar bağlıdır. Onlar qaçmağa yol axtarar, canlarını əzabdan qurtarmaq istəyərlər. Quranda da bu mövzuya toxunulur. Həzrət Əli (ə) buyurur ki, bu odun uzun şölələri, dəhşətli səsi var. Görüntüsü və hərarəti əzabvericidir. Həzrət buyurur ki, oda düşən insanın oradan çıxmaq imkanı yoxdur. Bu odda əsir olan insan üçün qaçmağa yol tapılmaz. Onun zəncirləri qırılmır, fidyə vermək də əsiri azad edə bilmir. Cəhənnəmdə zaman ötmür, sakinləri üçün vaxt başa çatmır. Müvəqqəti ləzzətlərə aldanıb belə bir aqibətə düçar olan insana ağıllı demək olarmı?! Allah bizi ağıl yuxusundan xilas etsin.

Qəbirdən çıxmış əllər bağışlanmaq istəyir!

Ey kaş insanın görən gözü olaydı, dünyadan həsrət gedənlərin halını görəydi. Ayətullah şeyx Əli Safi mərhum Asidcəmal Gülpayiqanidən nəql edir ki, Nəcəfə gedəndə bərzəx gözümün açıldığını hiss etdim. Bərzəx əhlinin halını seyr etməyə dözümüm yox idi; Həzrət Əliyə təvəssül edib dedim ki, mən bərzəx gözü istəmirəm. Vasitə olun, məndən alınsın. Bərzəx gözüm açıq olan zaman Vadiüs-səlama getdim; orada qəbirdən çıxmış, bağışlanmaq istəyən əllərin sayı yox idi. Bu əllər mənə doğru uzanmışdı, nəsə istəyirdi. Onlar bağışlanmaq istəsə də, imkan yox idi. Sad, 3: "Artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyil."

Namaz möminin miqatıdır

Namazın mahiyyəti Allahla üzbəüz dayanmaqdır. Bu hala "muhazat" deyirlər. Yəni insan qəlbi Allahın hüzurunda dayanır. Namazın bütün sirri, fəlsəfəsi, mahiyyəti budur. İnsan qəlbi Allah hüzurunda dayananda seyr başlayır. Mövlana deyir ki, əgər namazda qəlbim qarşında dayanmayıbsa onu namaz saymıram.
Namaz o deyil ki, insan nəsə istəmək üçün Allahın qarşısında dayansın. Namaza dayanan insanda dərd olmalıdır. Hansı dərd? Əllamə Təbatəbaidən insanın Allahla rabitəsi haqqında soruşdular. Ağa buyurdu: "Biz Sənə (Allaha) möhtac, Sən bizə müştaq." Əgər insan ehtiyacları səbəbindən Allaha üz tutursa, düzgün deyil, şirinliyi yoxdur. Şairin təbirincə, xoş o insanın halına ki, Allahın qarşısında dərdlə dayanıb. Namaz, yəni xəlvət görüş, ayrılıq dərdi. Şair deyir ki, Sən olmayan yerdə mehrabda dayanmağım namaz deyil. Onun təbirincə, bu halda namaza dayananda riyadan elə xəcalət çəkirəm ki, Sənə doğru baxa bilmirəm.
Allahla belə üzbəüz dayanmaq, Onun əzəmətini hiss etmək insan üçün miqatdır. (Miqat həccdə ehram bağlanılan yerə deyilir). Namaz qılan həmin miqatda ehram bağlayır, Allahu Əkbər deyib Allaha doğru səfərə çıxır.

Əməllər namaz tərəzisində

Namaz tərəzi kimidir. Bu bənzətmə Həzrət Peyğəmbərdəndir (s). İnsanın əməl naməsində Allahla ünsiyyət nə qədər çox olsa, udub. Bu hal yoxsa, uduzub. Həzrət (s) Həmmad ibn İsaya buyurdu: "Vay o insanın halına ki, ömründən 60-70 il keçib, bir dəfə də Allahla üzbəüz dayanmayıb." Bu şəxs namaz qılıb, amma üzbəüz dayanma halı olmayıb. Belə insanı can verən zaman üzüqibləyə döndərərlər, çünki həyatda üzünü qibləyə çevirməyib, üzüqibləyə yaşamayıb.

Ruhun paklığı şərtdir

Bir insanın ilahi nemətlərdən bəhrəsini ölçən tərəzi, onun "muhazat" halında olmasıdır. Kim bu halda olsa, dünyadan səmərə götürüb. Özünüzü dəyərləndirin! İnsan paklanmasa, haqqın qarşısında dayana bilməz. Dəstəmazda əl-ayağı yumaq paklanmanın simvoludur. Allah bizdən zahiri yox, daxili paklanma istəyir. Bütün bu əməllərin hikməti var. İnsanın daxili paklananda Allahla üzbəüz dayana bilər. Bu zaman namaz güzgü kimi olur, insan bu güzgüdə özünü seyr edir.
Ariflərdən biri deyir ki, yuxuda namaz qılırdım, qarşımda güzgü tutdular, özümü seyr etdim, gördüyüm camalın vəsfində acizəm.
İnsan namazda həm özünü, həm də Allahı görür. Şairin təbirincə, gecələr namazda olanda məşuq üzündən hicabı götürüb dedi seyr et!

Namaz vəzifə yox, şərəfdir

Namaz qılmayanlar nə itirdiyini bilmir. Onlar düşünür ki, namaz vəzifədir. Amma namaz vəzifə yox, şərəfdir. Bizim varlıq aləmində şərafətimiz var. Olanımız budur, qalan nə varsa, oyun-oyuncaqdır. İnsanın olanı budur ki, Allahla "muhazat" şərəfinə çatsın. Öz Rəbbi ilə raz-niyaz məqamına yüksəlib eşq camını başına çəksin. Şair deyir ki, bir şərab istəyirəm ki, məni bir an şər və günahdan ayırsın.

Dinin fəlsəfəsi, namaz qılanın "muhazat" halında Allahla rabitəsi

Dinin fəlsəfəsi bundan ibarətdir ki, Allahın qarşısında olanda Onunla ünsiyyətə qatılsın. Bu ünsiyyətdən ayrılmaq mümkün olmur. Həzrət buyurur ki, bu halı yaşayan ondan ayrılmaq istəmir. Deyilənlər dərinliyinə məsumların baş vurduğu dəyərlərdir. Həzrətdən soruşdular ki, kim bu məqama çata bilər? Həzrət buyurdu ki, bizim istədiyimiz şəxs! Namazsız dində fayda yoxdur!
İnsanı Allaha çatdırmayan, namazı olmayan din, əslində din deyil. Yalnız bazar günləri Allahla söhbətə çağıran din necə dindir?! Yəni Allah bu qədər dəyərsiz və cazibəsizdir ki, təkcə bazar günü Ona aid edilir?!
Bir qrup şəxs Peyğəmbərə (s) dedi ki, bütün dediklərini qəbul edirik, amma namaz qılmayacağıq. Həzrət buyurdu ki, namazı olmayan dində xeyir yoxdur. O necə dindir ki, məhərrəm ayında əzadarlığı var, namazı yoxdur?! İnsanı Allah qarşısında dayandırmayan, haqqın camal və cəlalının seyrinə aparmayan din faydasızdır. Bu din deyil, oyuncaqdır. Ənam, 70: "Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) şəxsləri boşla getsinlər. (Onlara Quranı) Xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (Сəhənnəm içkisi həmim) və şiddətli əzab gözləyir!"

27 rəcəb və Allahın əzəmətinin təcəllası

Biz Allahla "muhazat" nemətini 27 rəcəbdə əldə etdik. Bu günün qədrini bilək. Şərafətinə görə ilin heç bir günü 27 rəcəbə çata bilməz. Həmin gün Allah təcəlla edib. Allah bütün nemətlərdə, Quran, yer və göy, səhra və dağ kimi nemətlərdə təcəlla etmişdir. Amma bir təcəllası əzəmətlidir. 27 rəcəb gecəsi! Bəşəriyyətin nəyi varsa, həmin gecədəndir. Allah həmin gecə bəşəriyyət üçün böyük süfrə açmışdır. İnsan bundan başqa hansı süfrə ilə öyünə bilər?!

27 rəcəb və insan səltənətinin başlanğıcı

Allah-Taala insana nə veribsə, 27 rəcəb gecəsi verib. Həmin gecə bəşəriyyətin Allahla rabitəsi bərqərar olub, insanın səltənəti başlayıb. Həzrət Peyğəmbər buyurur ki, hamınızı padşah etməyə hazıram. Şairin təbirincə, səltənət həvəsi ilə Sənin eşqini seçdim.
Əgər bir şəxs desə ki, bunu istəmirəm, istəməli başqa nə var!? Bu işdən qalan Həzrət Əlinin buyurduğu kimi hörmətdən düşəcək, leş yeyəcək. Evə gətirdiyin rüşvət həmin leşdir. O toylardakı toy sahibi çoxlu pul xərcləsinlər deyə, qonaqlara şərab içirir, əldə etdiyi pul həmin leşdir. Toya bir ay qalmış evində qumar məclisi təşkil edən, toy pulu yığan adamlar bilsin ki həmin pul leşdir. 27 rəcəb olmasa, insana qalan bir quyudur. Quyuda qalmaq istəyirsiniz? Şair deyir ki, bu dünya qaranlıq bir quyudur.

Peyğəmbərləri və kitabları təsdiqləyən son Peyğəmbər (s)

Peyğəmbər (s) məbus oldu ki, bizim diqqətimizi torpaqdan ərşə qaldırsın. Peyğəmbər buyurur ki, torpaqla oynamayın, başınızı qaldırın, yuxarı baxın, torpaqla uşaq oynayar. Başınızı dik tutun. Ğafir, 13: "Sizə ayələrini (möcüzələrini, dəlillərini) göstərən, göydən ruzi (hər şeyi göyərdən yağış) endirən məhz Odur. (Bu ayələrdən) Ancaq (tövbə edib Rəbbinə) dönən (Ona şərik qoşmaqdan imtina edən) kimsə ibrət alar!" Peyğəmbər gəldi ki, kiçik arzuları böyük arzularla əvəz etsin. Peyğəmbərlik silsiləsini başa çatdırdı. Gələcəkdə də təsəvvürə gələsi bütün məqamları əldə etdi. Bütün peyğəmbərləri və kitabları təsdiqlədi.

Dünyanın dərdi sərsəm hakimiyyət, çarəsi fəqih hakimiyyətidir

Cənab əl-Hilali Misirin böyük alimidir. Hazırda Avstraliyada yaşayır. O deyir ki, mən sərsəm hakimiyyətin dünyaya dərd olduğunu dərk etdim və dərmanını fəqih vilayətində gördüm. Kim fəqih vilayəti istəmirsə, sərsəm hakimiyyət istəyir. Qəsəs, 5: "Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək."

İkinci xütbə

بسم الله الرحمن الرحیم

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm

Təqva ölçülü yaşamaqdır

Əzizlər! Təqvanın mənası insanın hesab-kitabla yaşamasıdır. Bu məsələni şəriətdən qabaq ağıl deyir. Allah-Taala dünyanı hesabla, ölçü ilə yaratmışdır. Biz nizamlı dünyada yaşayırıq və nəzarət altındayıq. Bir gün sorğuya çəkiləcəyik.

İnsan nəzarət altında

Kumeyl duasına əsasən, Allah insana üç yolla nəzarət edir. Birinci yol mələklər vasitəsilə nəzarətdir. İkinci yol insanın öz bədən üzvlərinin nəzarəti, dil açıb danışmasıdır. Üçüncü yol Allahın öz nəzarətidir. Allah bu vasitələrin fövqündədir və bizə nəzarət edir. İnsan üçün Allahdan gizli bir yer yoxdur. Casiyə, 29: "Biz sizin etdiyiniz əməlləri yazdırmışıq!” Allah məlumat toplayır ki, onları arxivləşdirsin? Xeyr, belə deyil. Allah insana həyatını dəqiqə-dəqiqə göstərəcək, hansı saatda hansı işi gördüyünü xatırlayacaq. Bütün bu işlər insanın gözü qarşısından keçəcək. Saffat, 24: "Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!"

Əməl tərəzisinin gözünü Allahın razılığı doldura bilər

Həzrət Davud Allaha xitabən deyir: "Pərvərdigara, əməlləri ölçəcəyin tərəzini mənə göstərərsən?" Bu tərəzilər dünyadakı tərəzilər kimi deyil. Əməl tərəzisi Davuda göstəriləndə özündən getdi. Özünə gələndə dedi: "Pərvərdigara, bu tərəzinin gözünü xeyir əməllə kim doldura bilər?" Allah-Taala buyurdu: "Əgər Mən birindən razı olsam, o tərəzinin gözünü bir xurma ilə dolduraram." Elə iş görək ki, Allah bizdən razı qalsın. Elə yaşayaq ki, Allah nə üçün - niyə soruşmasın.

Rəcəb və şəban ramazanın müqəddiməsidir

Əzizlərim! Rəcəb süfrəsi yığışmaqdadır. Məbada bu süfrədən faydalanmadan ayağa qalxaq. Səmadan nida olunar ki, haradadır istiğfar edən, tövbə qılan, zikr deyən? Süfrə yığışır. Bir təmizləmə işi aparın! Rəcəb, şəban və ramazan ayları Allah qonaqlığına pak daxil olmaq üçündür. Bu fürsət həmişə yaranmır. İndi rəcəb başa çatdığı kimi bir gün ömür başa çatacaq. Şairin təbirincə, sübh açıldı, saqi tələs, zaman dayanmır.

27 rəcəbin fəziləti, Peyğəməbrin məbəs günü

Məhşər səhnəsinə bir şəxs gətirilər ki, əməl naməsində 70 il oruc tutduğu yazılıb. Bu şəxs deyər ki, Pərvərdigara, mən 70 il yaşamamışam. Allah buyurar ki, 27 rəcəb günü oruc tutmusan. 27 rəcəbdə oruc tutmağın savabı 70 il oruc tutmağın savabı qədərdir. Görün bu orucda nə hikmət var. Gedin, özünüz ona çatın. 27 rəcəb gecəsi haqqında İmam Cavad (ə) buyurur: "Bu gecə yaranışdan bu günədək üzərinə günəş, işıq salan hər şeydən üstündür." Bu gecəni əldən çıxarmayın! Bu gecənin hikmətləri var. Bu gecə o gecələrdəndir ki, oyaq qalmağın fəziləti var.

Rəcəb ayında Peyğəmbərə kömək paklanmaq vasitəsidir

Rəcəb ayı Peyğəmbər ayıdır. Peyğəmbər (s) buyurur ki, Allah rəhmət etsin həmin ayda mənə kömək edənə! Necə kömək? Bu ayın üç əməli var: Tövbə, oruc və sədəqə. Peyğəmbər buyurur ki, bu üç əməllə mənə kömək edin, mən də sizi paklayım. Əks-təqdirdə Peyğəmbərin köməyə ehtiyacı yoxdur. Bu cümlənin mənasına bir də baxaq. Peyğəmbərə kömək lazımdır? Buyurur ki, mənə kömək edin, mən də sizi paklayım. Bu ayın xüsusiyyətidir ki, bu ayda verilən sədəqəni Allah Qiyamətə qədər artırar, sonra insana qaytarar. Allah yolunda sədəqə vermək istəmirsiniz? İstəmirsiniz ki, Allah bu sədəqəni Qiyamətə qədər artırsın? Həzrət buyurur ki, bəzi xeyir əməllər Qiyamət günü Uhud dağı əzəmətində insana qaytarılar. Bu əməli Allah böyüdər.
Bizim xeyriyyə müəssisələrimiz çoxdur. Xərçəng xəstələrinə yardım göstərən Reyhanə müəssisəsi, iflic xəstələrinə kömək edən Mehranə müəssisəsi bu qəbildəndir. Mişkinşəhrə sel gəlib, yoxsulların evi dağılıb. Xeyriyyəçilər qabağa gəlsin, onlara ev tiksin! Desinlər ki, Pərvərdigara, bu pulu Sənə verirəm, onu mənim üçün artır, sonra qaytararsan. Musanın anası körpəsini Allaha tapşırdı, Allah körpəni böyüdüb peyğəmbərlik məqamına yüksəldib anasına qaytardı. Rəcəb ayında yoxsulları yaddan çıxarmayın. Şəban duasında bu məsələyə toxunulur. Əvvəlcə sədəqə verin sonra rəcəb duası oxuyun!

Böyük Rəhbər nüvə müzakirələri haqqında

Biz Rəhbərin nüvə müzakirələri ilə bağlı uzaqgörənliyindən şadıq. Cənab Rəhbər necə də düzgün qiymət verdi. Mən əvvəla nüvə müzakirələrində İran nümayəndə heyətinin müqavimətini alqışlayıram. Onlar 5+1 qrupunun qarşısında iradə göstərdilər. Xarici işlər nazirinin müavini yaxşı dedi ki, prinsiplərimiz üzərində möhkəm dayanmaq, müzakirələrdə razılığa gəlməkdən mühümdür. Prezidentimiz yaxşı dedi ki, hər şey həll oldu, bir şey qaldı, o da qərb tərəfinin inadkarlığıdır. Qərbin tamahı bitib-tükənəndir? Bilirsinizmi, nə qədər güzəştə getdik? Xalqımız bilmir. Bilin ki, çox güzəştə getdik. İnqilab tarixində görünməmiş həddə güzəşt etdik. Bundan da yuxarısını istəyirlər?! Onların hədəfi bizim elmi iqtidarımızdır. Onların problemi bizim milli hökumətimizlədir. Onlar bizim müdafiə gücümüzdən narahatdırlar. Bizi tərkisilah etmək istəyirlər. İstəyirlər müdafiə sistemimiz olmasın. Milli hökumətimizi hörmətdən salır, təftiş adı ilə bütün ölkəmizi süzgəcdən keçirmək istəyirlər. Bu addım milli hökumətə zərbədir.

Millətləri hədələmək dövrü keçib!

Tərkisilaha razı olan xalq öz əsarəti, ölümünə imza atıb. 500 il bizi tərkisilah ediblər. Artıq bunun dövrü başa çatıb. Hədə-qorxu zamanı deyil. Ayıbdır ki, bir millət öz qatilinə kömək etsin. Hanini meydana gətirdilər ki, boynunu vursunlar. Dedilər ki, başını irəli ver. Dedi ki, mən heç vaxt öz qatilimə kömək etmərəm.

Sanksiyalar qarşısında İranın gücü

Dünya birliyi adı altında millətlərə zülm edirlər. Amerikanın nüfuzlu rəsmilərindən biri deyir: "İrana qarşı sanksiyalarımız o qədər güclü olub ki, artıq bu sanksiyaları gücləndirməyə yer qalmayıb." Bu o deməkdir ki, əlləri çatan daşı İrana atıblar.
ABŞ araşdırma mərkəzlərindən birinin məsulu deyir ki, bu millətin başına taundan savayı bütün bəlalar endirildi. Hansı qanunla bu addımları atdınız? Həmin şəxs deyir ki, İran hələ də öz prinsipləri üzərində möhkəm dayanıb. Təəccüblüdür ki, müqəddəs məfhumlar adı altında bu işləri görürlər.

Bəşəriyyətə zülmdə müqəddəs məfhumlardan istifadə

Ötən həftə Suriyaya qarşı təhlükəli bir layihə irəli sürüldü. Suriya ilə bağlı işi Təhlükəsizlik Şurasından beynəlxalq cinayətlər məhkəməsinə göndərmək istədilər. Bu addım Suriyaya böyük zərbə olardı. Rusiya və Çin buna veto qoydu, imkan vermədi. Amerika nümayəndəsi etiraz etdi ki, Rusiya və Çin ədalətə qarşı çıxır. Necə olur ki, siz insanın sinəsini parçalayıb ürəyini çıxaran terrorçulara gələndə ədalətdən danışmırsınız, indi ədalət yadınıza düşür.

Qərb etimad olunası deyil

Dövlət rəsmilərimiz yaxşı görür ki, qərb dövlətlərinə etimad etmək olmaz. Biz öz iqtidarımızı qorumaqla dünya ilə də rabitə saxlayacağıq. Bizim dünya ilə davamız yoxdur. Dünya ilə sülhü saxlayacağıq. Dünyanın potensial imkanlarından istifadə edəcəyik. Heç vaxt başımızı qatilin qarşısında irəli uzatmayacağıq, öz qətlimizə kömək etməyəcəyik.
Həzrət Ayətullah Cavadi Amuli bu həftə öz söhbətində gözəl bir söz buyurdu: "Əgər onlar sağ əlləri ilə beyət etsələr, sol əlləri ilə xəyanətə gedəcəklər." Mən onlara üz tutub deyirəm ki, İranı sınağa çəkməkdən vaz keçin! Suriyada bu işi gördünüz. İranı tanıdınız. İranı növbəti dəfə sınamayın! İki yol var: Ya qartal olmalıyıq, ya da quzğun (leş yeyən). Qartal olmağın öz yolu var, quzğun olmağın öz yolu. Bizə quzğun olmaq icazəsi verilməyib.
İmam Hüseyn (ə) Kərbəlada buyurdu ki, bunlar bizim qarşımızda iki yol qoyub. Bunu mən deyirəm ki, qartal, ya da quzğun olmaq yolu!

Nümayəndələr gənclərin iş problemini həll etməlidir

Sabiq dövlət bizim ustanda min nəfəri rəsmi işə götürdü. Təəssüf ki, həmin adamlar hələ ki, işə başlamayıb. Bu problemi parlamentdəki nümayəndələr həll edə bilər. Mən ustanın 7 nümayəndəsindən istəyirəm ki, addım atsınlar, bu gənclər həmin seçimə ümid bağlayıb.

Ustan məsullarına başsağlığı

Yada salınası növbəti məsələ budur ki, Biləsuvarda Arazın kənarında 3600 hektar qızıl kimi dəyərli əkin sahəsi məhv edildi. Bəziləri bu fikirdədir ki, su təsərrüfatı məsulları müqəssirdir. Kimlərsə kooperasiya müəssisələrini ittiham edir. Bəziləri xalqı günahkar sayır. Mən indi kimisə mühakimə etmirəm. Amma məsullara başsağlığı verirəm. Hər hektar 5 ton məhsul verir. 3600 hektardan 18 min ton buğda götürmək olardı, məhv olub getdi. Mən ciddi şəkildə məsullara başsağlığı verirəm.

Musa ibn Cəfər Qiyamətdə şiələrin adını yazar

Qarşıdan İmam Musa ibn Cəfərin (ə) şəhadət ildönümü gəlir. Xalq şövqlə əzadarlıq edir. İmam Musa ibn Cəfər o şəxsdir ki, Qiyamət günü şiələr və Əhli-beyt düşmənlərinin adını yazacaq. Peyğəmbər Qiyamət günü hər İmam üçün vəzifə təyin edib. İmam Musa ibn Cəfərin işi şiələr və şiə düşmənlərinin adını yazmaqdır.
Allah şiələrə qəzəblənəndə Musa ibn Cəfər dua edir ki, Pərvərdigara, mən şiələrin yolunda canımı verərəm onları bağışla. İmam bu yolda canını verdi. Bəziləri murdar rüşvətdən vaz keçə bilmir. Bəziləri naməhrəmə gözünü yummaqda acizdir. Əxlaqsız bir filmdən əl çəkə bilmirlər. Amma İmama aşiqlik iddiasındadırlar. Bu iddia yalandır. Onların İmama nə oxşarlığı var?! İmamlar buyurub ki, özünüzü bizə bənzədin!

Böyük insanlar, Quran və İslam fədailəri Azərbaycanda həbsdə

Həzrət Musa ibn Cəfər həbsxanada müqavimət simvoludur. İndi qonşu Azərbaycanda böyük alimlər həbsdədir. Allahdan bu insanlara azadlıq istəyirəm. Biz onları alqışlayırıq. Onları hər yerdə uca tutmağımız lazımdır. Onlar böyük insanlardır. Quran ayələri, hicaba görə həbsə alınıblar. Onlar günah iş görməyib. Bir ölkədə böyük insanlar həbsə alınsa, o ölkədə mədəniyyət tənəzzül edər, inkişaf dayanar.

3 xordad Xürrəmşəhrin fəth günüdür

3 xordad, Beytül-müqəddəs əməliyyatının ildönümünü əziz tutur, bu əməliyyatda şəhadətə çatanları yada salırıq. Biz şəhidlərlə əhd-peyman bağlamışıq ki, bu ölkənin izzət və mədəniyyətini hifz edək. Bir zaman bu ölkənin torpaqları uğrunda müharibə gedirdi. Düşmənlə üzbəüz səngərdə idik. Səngər aydın görünürdü. Bu gün iş çətinləşib. Bu günkü müharibədə sərhədlər, səngərlər görünmür. Etiqad üzərində müharibə gedir. Şəhərləri bombalamırlar, etiqadları hədəfə alıblar. Bu müharibədə bəzən özümüzdən olan şəxs düşmənə əsgərlik edir, milli hökumət və varlığımıza atəş açır. Bu müharibədə gözüaçıq olmalıyıq.
Ey mehriban Allah! İslam məmləkətimizin izzət və iqtidarını bizə ruzi buyur.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2014/07/24
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap