Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 İmam Zamanın (əc) öz şiələri barədə duası

Seyyid ibn Tavus (Allah onun məqamını uca etsin) buyurur: -“Samirranın müqəddəs sərdabında Həzrət İmam Zamanı (əc) gördüm ki, üzü qibləyə oturub, Allahla belə minacat edir: “الَّلهُمَّ إنَّ شِيعَتَنا مِنَّا خُلِقُوا مِن فاضِلِ طِينَتِنا و عُجِنُوا بِماءِ ولايَتِنَا” Yəni; “Bizim şiələrimiz bizdəndirlər. Bizim torpağımızın qalığından yaradılıblar. Onların torpağı bizim vilayətimizin suyu ilə yoğrulub”. Sonra, Həzrət (əc) ardınca qəribə bir cümlə buyurdu: “اللهمَّ اغفِر لَهُم مِنَ الذُّنُوبِ مَا فَعَلُوهُ اتِّكالاً عَلَى حُبِّنَا وَ وِلائِنَا يَومَ القِيامَةِ و لا تُؤاخِذهُم بِمَا اقتَرَفُوهُ مِنَ السَّيِئاتِ إكراماً لَنا وَ لا تُقاصِهِم يومَ القيامَة مُقابلَ أعدائِنا فَإن خففَت موازينهم فثَقِّلها بفاضِل حَسناتنا” “İlahi, qiyamət günü bizim məhəbbət və vilayətimizə arxalanıb etdikləri günahları onlara bağışla. Bizim kəramətimizə görə, onların qazandıqları günahlara görə onları cəzalandırma. Qiyamət günü onları bizim düşmənlərimiz qarşısında alçaltma. Əgər onların əməl tərəziləri əskik olsa, bizim yaxşı əməllərimizin artığı ilə, onların əməl tərəzilərini ağırlaşdır”.

Məhəbbət qəlbimdə elə bir alov yandırdı ki, qiyamət gününə kimi yanmalıyam. Əgər sevdiyi sudan çıxarsan öləcək balıq. Məhəbbəti balıqdan öyrənmək lazımdır.

Quranda İmam Mehdi (əc) barədə olan ayələr

Cümə günü İmam Zamana (əc) məxsusdur. Ədəb onun barəsində söhbət etməyi də tələb edir.

Yüz qafilənin qəlbi o səfər etmiş şəxsin yanındadır. İlahi, haradadırsa, onu salamat et. Əgər nəfs və istəklərin vəsvəsəsindən uzaq olsan, onun sirrlər hərəminə yol salacağın şübhəsizdir.

Quranda İmam Mehdiyə (əc) aid olan ayələr çoxdur. Bəzi təfsirçilər üç yüzdən çox ayəni İmam Zaman (əc) barədə təfsir və təvil etmişlər:

Qurani-kərimdə olan və nümunəsi İmam Məhdi (əc) olan ilk ayə Bəqərə surəsinin əvvəlindədir və burada buyurulur: “بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ‏ الم ذَلِكَ الْكِتَابُ لَا رَيْبَ فِيهِ هُدًى لِلمُتَّقِينَ الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْب” (“Bəqərə” surəsi, 1-3-cü ayələr) (Rəhman və Rəhim Allahın adı ilə. Əlif, Lam, Mim. Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır. O kəslər ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən infaq edirlər.) Müttəqilər kimlərdir? Müttəqilər qeybə inanan şəxslərdir. “Burhan” təfsirində İmam Sadiqdən (ə) belə bir rəvayət nəql edilib: -Bu ayədəki “qeyb” sözü barədə Həzrətdən sual etdilər ki, qeybdən məqsəd nədir? Həzrət buyurdu: “المتقون: شيعة علي (عليه السلام)، و الغيب فهو الحجة الغائب” (Müttəqilər İmam Əlinin (ə) şiələridir. Qeyb isə, qeybdə olan höccətdir.) Müttəqilərdin xüsusiyyətlərindən biri də budur ki, İmam Zamana (əc) imanları var.

Qeyb Allahın adlarındandır

Qeyb Allahın adlarından biridir. Peyğəmbərlər silsiləsində Allahın qeyb adının iki təcəllası var: Biri Xızır (ə) peyğəmbər, o biri İlyas (ə) peyğəmbər. Xızır (ə) peyğəmbər İmam Zamanın (əc) mübarək kandarının xidmətçilərindəndir. İndi də, İmam Zamanın (əc) hüzurundadır. Həzrət (əc) işlərindən bir çoxunu Xızır (ə) peyğəmbərə həvalə edir ki, o işləri o görsün. Xızır (ə) peyğəmbər, peyğəmbərlər silsiləsində Allahın qeyb adının təcəllasıdır. Xızır (ə) peyğəmbəri tanımaq üçün, ona aid bir hadisəni nəql edirik: “Bir gün Xızır (ə) peyğəmbəri tanımayan bir dilənçi onun qarşısını kəsdi və ona dedi: -“Vəchullah xətrinə (”لِوَجه الله” livəchillah) mənə bir şey ver!” Xızır (ə) peyğəmbər buyurdu: -“Vəchullah əzəmətlidir, əzəmətlidir, əzəmətli. Mənim sənə verməyə bir şeyim yoxdur. Lakin, “vəchullah” adını çəkdiyinə görə, məni bazara apar, qul adı ilə sat, pulunu özünə götür və get. Belə olsa, naümid olmazsan. Çünki, “vəchullah” adını çəkmisən”. Sail dedi: -“İstəmirəm”. Xızır (ə) peyğəmbər dedi: -“Olmaz! Sən Vəchullah adını çəkmisən. Səni naümid getməyə qoymaram!” Sail “Vəchullah”ın kim olduğunu bilmirdi. Lakin, Xızır (ə) peyğəmbər bilirdi ki, “Vəchullah” İmam Zamandır (əc). “Nüdbə” duasında belə oxuyuruq. “أینَ وَجهُ اللهِ الَّذي إلیهِ یَتَوَجَّهُ الأولِیاءُ” (Haradadır Vəchullah (İmam Zaman) (əc)? O şəxs ki, övliyalar Allaha təvəssül etmək istədikdə, onun vasitəsilə təvəssül edirlər.) Xülasə, sail Xızır (ə) peyğəmbəri aparıb bazarda satdı və getdi. Xızır (ə) peyğəmbəri alan şəxs də onu tanımırdı. Onu aparıb bənna kimi işlətməyə başladı. Ona bir qədər daş göstərdi və onları yerbəyer etməsini tələb etdi. Bir qədər sonra qayıdıb gördü ki, bir neçə günlük işi qısa bir müddətdə görmüşdür! Dedi: -“Sən adi bir adam deyilsən! Sən kimsən?” Dedi: -“Mən Xızır (ə) peyğəmbərəm”. Dedi: -“Bazarda qul kimi satılmağa nə üçün razı oldun?” Həzrət Xızır (ə) peyğəmbər cavab verdi: -“Çünki, sail “Vəchullah”ın adını çəkdi. Naümid olmasını istəmədim”.

Övliyalar silsiləsində Allahın “qeyb” adının nümunəsi bizim mövlamız Sahibəz-zəmandır (əc). O hər yerdə vardır. O həzrətin qeybdə olmasının səbəbi bizik.

Günəş sistemi onun başına dolanır

“Kifayə” kitabının müəllifi Molla Məhəmmədkazım Xorasaninin (Allah onun məqamını uca etsin) həyat yoldaşı Nəcəf-əşrəf şəhərində xəstələnmişdi. Hindistandan İraqa bir murtaz (asket, nəfsinə əziyyət verərək müəyyən mənəvi məqam əldə edən şəxs) gəlmişdi. Şiə idi və qeybi işlərdən xəbər verirdi. Bir gün Axundun övladları ona dedilər: -“Ata, icazə verirsiniz ki, o murtazın yanına gedək və anamız barədə soruşaq? Görək sağalacaq ya yox?” Axund icazə verdi. Adətən bu murtaz İmam Əlinin (ə) mübarək hərəmində olurdu. Qeybi məsələlər barədə xəbər vermək istədikdə isə, təsbehinə baxar və xəbər verərdi. Axundun övladları murtazın yanına gəlib dedilər: -“Bir niyyət etmişik. Bizim niyyətimizdən xəbər verə bilərsənmi?” Murtaz təsbehini aşağı endirib yuxarı qaldırdı və dedi: -“Sizin qohumlarınızdan bir qadın xəstələnib. Siz bilmək istəyirsiniz ki, onun vəziyyəti yaxşılaşacaq ya yox. Onun ömründən üç gündən çox qalmayıb. Üç gün sonra vəfat edəcək!” Axundun övladlarından biri dedi: -“İcazə verin bir niyyət də edim. Əgər bunu düz desə, onda birincini də düz deyib”. Buna görə, murtaza dedi: -“Mən başqa bir niyyət də etmişəm. Deyə bilərsən?” Murtaz bu dəfə təsbehə baxdıqda isə, rəngi dəyişdi. Yenidən təsbehə baxdı, yenə rəngi dəyişdi. Dedi: -“Qəribədir! Nə niyyət tutmusan? Elə bir şəxsi niyyətində tutmusan ki, mən hazırda onu Mədinədə, hazırda Dəməşqdə, hazırda Kərbəlada, İndi isə, Məşhəddə görürəm! Bir ağanı niyyətində tutmusan və onun yerini bilmək istəyirsən. O elə bir şəxsdir ki, Günəş sistemi onun başına dolanır. O Höccət ibn Həsən Əskəridir (Bütün kainatın ruhları onun ayağının tozuna fəda olsun)”.

O Allahın “Qeyb” adının təcəllasıdır. Əgər bir şəxs inansa ki, onun mövlası Sahibəz-zəman (əc) onu görür, onun əhvalından xəbərdardır, onun (əc) hüzurunda günah etməz.

Şeyx Mufid (rə) “əl-İxtisas” kitabında bu mübarək hədisi nəql edib: -“Məsumların (ə) ovucunda bu yer kürəsi (yeddi milyard əhali ilə)  bizim ovucumuzda sınmış və iki bölünmüş qoz kimidir”. Yəni, İmam Zaman (əc) kainata bu qədər mühit və əhatəlidir. Buna görə də, İmam Zamanın (əc) ziyarətnaməsində belə oxuyuruq: “السلام علیک یا ناظر سدرة المنتهی” Yəni; “Salam olsun sənə ey Sahibəz-zəman (əc)! Sən baxdığın zaman sənin görmə üfüqün “Sidrət əl-muntəha”ya qədər görür”. “Sidrət əl-muntəha” haradır? Allahın əmanətdar mələyi Cəbrailin merac gecəsində qalxa bildiyi son zirvədir. Belə ki, Cəbrail dedi: -“Əgər bundan da yuxarı getsəm, qanadlarım yanacaq”. Sizin mövlanız Sahibəz-zəman (əc) harada olmasından asılı olmayaraq, onun görmə üfüqü “Sidrət əl-muntəha”ya qədərdir:

Ey əli boş olanlar! Qəlblərin sahibinin olan Həzrətin (əc) hüzurunda qəlbinizi qoruyun!

Atanın qarşısında günah etmək istəmirsən! Ananın qarşısında günah etmək istəmirsən! Pis bir səhnəyə baxmaq istədikdə, evin qapısını qıfıllayırsan, pərdəni aşağı salırsan. Hamını nəzərə alırsan ki, olmasın balaca qardaşım içəri girsin və məni günah halında görsün! Olmasın ki, dostum başa düşsün! Sənin mövlan hər bir halda sənin əhvalından xəbərdardır. Sən onun hüzurundasan. O Allahın vəlisidir.

O Həzrətin (əc) uzun ömürlü olmasının səbəbi

Əsrin imamı (əc) qocalmır. Niyə? İrad tutulan şübhələrdən biri də budur ki, bir insanın min yüz yetmiş ildən artıq yaşaması necə mümkündür? Hədisdə belə deyilir: “إِنَّ الْقَائِمَ هُوَ الَّذِي إِذَا خَرَجَ كَانَ فِي سِنِّ الشُّيُوخِ وَ مَنْظَرِ الشُّبَّان” (İmam Zaman (əc) zühuru zamanı qocalar yaşında, cavanlar simasında olacaqdır.) İmam Zamanın (əc) hüzuruna çatmış, yaxud şiə alimləri nəql etmişlər ki, onların hamısı İmamı (əc) otuz beşdən qırx yaş arasında görmüş və ziyarət etmişlər. Yuxarıdakı şübhə və iradın müxtəlif cavabları var. Onlardan biri budur: Biz insanlar zaman və məkana məhkumuq. Zaman ötdükcə, mən və siz qocalırıq. Bütün bədən üzvlərimiz köhnəlir. Saqqalımız ağarır. Eynəkdən istifadə edirik. Eşitmə aparatına və əsaya möhtac oluruq. Sümüklərimiz çürüyür. Deməli, mən və sizlər zaman və zaman məfhumuna məhkumuq. Lakin, İmam Zaman (əc) zaman və zaman məfhumunun hakimidir və onlara hökmranlığı var. Buna görə də, zaman, Zamanın Sahibinə (əc) təsir qoya bilmir. Zaman mənə və sizə təsir qoya bilir. Amma, Zəhranın (s.ə.) əzizinə təsir qoya bilmir. Məkan baxımından da hər bir yerdə hazırdır.

Mədinə şəhərindən baxan!

Şiələrdən biri İmam Sadiqin (ə) hüzuruna gəldi. Həzrət (ə) buyurdu: -“Filankəs, qardaşın necədir?” Dedi: -“Qardaşım elə ehtiyatlı və təqvalıdır ki, sizi də imam olaraq qəbul etmir. Sizin vilayət məsələnizi də qəbul etməkdə ehtiyat edir!” Həzrət (ə) buyurdu: -“Mənim adımdan qardaşına de ki; O gecə, Bələx çayının yanında sənin təqva və imanın hara getmişdi?” O şəxs qardaşının yanına gəldi və dedi: -“İmam Sadiqin (ə) xidmətində idim. İmam sənin əhvalınla maraqlandı. Mən də dedim: “Qardaşım o qədər ehtiyatlı və təqva əhlidir ki, İmam Sadiqin (ə) imamətini qəbul etməkdə də dayanıb, qəbul etməyib”. Sonra, İmam Sadiq (ə) sənin üçün bir xəbər göndərdi və buyurdu: Sənə belə deyim; -“O gecə, Bələx çayının yanında sənin təqva və imanın harada idi?” Birdən o şəxsin vəziyyəti dəyişdi və dedi: -“İndicə İmam Sadiqin (ə) imamətinə iman gətirdim!” Soruşdu: -“Necə?” Qardaşı cavab verdi: -“Mənim Bələx çayının yanındakı macəramdan heç bir şəxsin xəbəri yox idi!” Qardaşı soruşdu: -“Bələx çayının yanında nə olmuşdu ki?” Cavab verdi: -“Gecə yarısı Bələx çayının yanında gəmidən düşdüm. Dostum getdi ki, odun gətirsin və od qalasın. Onun olmadığı zaman, onun kənizi ilə haram əlaqədə oldum. Amma, Mədinə hara, Bələx çayı hara? Yəqin əldə etdim ki, o Allahın vəlisidir ki, məni Bələx çayının kənarında öz evindən görür”.

Biz də İmam Zamanın (əc) hüzurundayıq. O bizi əhatə edib. Evdə olduğun zaman Həzrət (əc) səni görür. Bazarda gözün günah ardınca olduqda, Ağa səni görür. Qeybət etdiyin zaman, Ağa səni görür.

Naməhrəmlə zarafat etmə!

Başqa bir hadisəni bir nəfər belə nəql edir: Kufə məscidində bir qadına Quran öyrədirdim. Qadın pərdənin o tərəfində idi, mən isə bu tərəfində. Şeytan mənə qələbə çaldı və o naməhrəm qadınla zarafat etdim. Bir il ötdü. Sonrakı il Mədinəyə getdim. İmam Sadiqin (ə) hüzuruna. İmam astaca mənim qulağıma dedi: -“Bizi sevənlərdən hansı xəlvətdə günah etsə, Allah rəhmət nəzərini ondan götürər. Biz gördük ki, sən Kufə məscidində naməhrəm qadınla zarafat etdin. Bizdən bir şey gizlin qalmaz”.

Naməhrəm qadınla zarafat haramdır. Şeyx Səduqun “İqab əl-ə`mal” kitabında belə bir hədis var: -“Kim naməhrəm qadınla zarafat etsə, Allah hər bir kəlməyə görə, onu min il həbs edər”.

Əgər İmam Zamanı (əc) sevirsənsə, ona əziyyət vermə. Onun hüzurunda günah etmə. Bu gün cümə günü idi. Bizim əməl naməmizi Həzrətə (əc) verdilər. Hədisdə var ki, İmam Zaman (əc) bizim günahlarımızı gördükdə ağlayır. Özünlə Allah arasında! İmam Zaman (əc) bu gün sənin əməl naməni gördükdə sevindi ya ağladı? Bizim günahımız bizim ağamızı incidir. Ona əziyyət verməyimiz təəssüf doğurur.

Müqəddəs Ərdəbilinin atasının əhvalından

Ərdəbilin fəxr mənbələrindən biri də, Şeyx Əhməd Müqəddəs Ərdəbilidir (Allah onun şərafətli məqamını uca etsin). Bu şəxsiyyətin hadisəsi çox məşhurdur. Çox böyük bir şəxsiyyət olmuşdur. O dahi şəxsiyyətin vəfatından dörd yüz il ötməsinə baxmayaraq, hələ də deyirlər ki, İmam Əmirəl-möminin Əlinin (ə) mübarək hərəminin yanında onun yaşadığı otaqda yaşamağa bir şəxsin ləyaqəti yoxdur! Doğrusu, onun ata və anası kimlər olmuşlar? Bunlar təqvalı və Allaha bəndə olduqlarına görə, bu məqama çatdılar. Müqəddəs Ərdəbilinin atasının əhvalında bir hadisə nəql edilir ki, çox məşhurdur: Hadisə belədir ki, Müqəddəs Ərdəbilinin atası su arxının yanında oturmuşdu. Gördü ki, su bir qəşəng almanı özü ilə gətirir. Almanı götürdü və yedi. Yedikdən sonra, “alam kimin idi?” məsələsi yadına düşdü. Suyun cərəyan istiqamətilə yuxarı qalxdı. Nəhayət bir bağa çatdı. Bağın qapısını döydü. Bağın sahibi gəldi. Dedi: -“Sizin bağınızdan bir almanı su gətirirdi. Mən onu yemişəm. Halallıq almağa gəldim”. Bağın sahibi dedi: -“Mən öz payımı halal edirəm. Amma, biz dörd qardaşıq və bu bağda şərikik. İki qardaşımın adresi budur. Bir qardaşım da Azərbaycanda yaşayır və onun da adresi belədir. Oradakı iki qardaşın yanına gedib hallalıq aldı. Bundan sonra öz miniyi ilə Azərbaycana doğru hərəkət etdi. Nəhayət ki, dördüncü qardaşı da tapdı. Hadisəni danışdı. O da cavabında dedi: -“Bir şərtlə halallıq verərəm”. Dedi: -“Hansı şərt olsa, qəbul edərəm”. Dedi: -“Bir qızım var. Həm kardır, həm kordur və həm də laldır. Onunla evlənməlisən”. O da qəbul etdi. Bağ sahibi onu evinə gətirdi və əqd xütbəsini oxudu. Müqəddəs Ərdəbilinin atası gərdəyə getdikdə, elə bir qız gördü ki, sanki behişt hurilərindən bir huridir. Gözü də var, qulağı da, dili də. Gərdəkdən çıxıb qızın atasına dedi: -“Axı sən dedin qızın kordur!” Dedi: -“Düz demişəm. Çünki, mənim qızım bu vaxta qədər bir naməhrəm görməyib”. Soruşdu: -“Siz dediniz ki, qızım kardır!” Dedi: -“Düz demişəm. Qızım bu vaxta qədər naməhrəm səsi eşitməyib!” Yenə soruşdu: -“Siz dediniz ki, qızınız laldır!” Bağ sahibi dedi: -“Bunu da düz demişəm. Çünki, mənim qızım indiyədək bir naməhrəmlə danışmayıb!” Soruşdu: -“Necə oldu ki, belə bir əziz qızını mənə verəsən?” Cavab verdi: -“Uzun müddətdir ki, dua edirdim, Allahdan istəyirdim ki; İlahi, bu gözəllikdə bir qızı mənə vermisən. Mənə bir layiqli yeznə də ver. Dünən gördüm ki, sən bir almanın dörddə birinin halallığını almaq üçün Ərdəbildən bura gəlmisən, gördüm ki, mənim qızıma layiqsən”. Elə ata və elə anadan o gecə bir uşaq mayalandı ki, Şeyx Əhməd Müqəddəs Ərdəbili (Allah onun şərafətli məqamını uca etsin) oldu.

Müqəddəs Ərdəbilinin (rə) İmam Zamanın (əc) hüzuruna yetişməsi

Müqəddəs Ərdəbilinin İmam Zamanın (əc) hüzuruna yetişməsi belə olub. Onun şagirdi belə nəql edib: Gecə yuxum gəlmirdi. Yataqdan qalxdım. Gördüm ki, ustadım əbasını başına çəkib və İmam Əlinin (ə) hərəminə doğru gedir. Mən də ustadın arxasınca getdim. Belə ki, hərəmin qapısına qədər getdi. Hərəmin qapısı bağlı idi. Amma, birdən qapı səsləndi və açıldı. Ustadım daxil oldu və bir neçə dəqiqədən sonra çölə çıxdı. Kufə məscidinə doğru yollandı. Kufə məscidinin qapısına çatdıqda qapı bağlı idi. Bu dəfə də, qapı bir səslə açıldı. Ustad məscidə girdi və bir neçə dəqiqə sonra çölə çıxdı. Sonra Nəcəfə doğru üz tutdu. Qayıdan zaman öskürdüm. Ustad öskürəyimin səsini eşitdi və qayıdıb soruşdu: -“Kimsən?” Dedim: -“Əmir Əllamam. Sizin şagirdiniz”. Dedi: -“Gecənin bu vaxtı burada nə edirsən?” Dedim: -“Ustad, siz burada nə edirsiniz? Mən saatlarla sizi təqib etmişəm. İmam Əlinin (ə) hərəminə getdiniz. Bağlı qapı üzünüzə açıldı! Sonra, Kufə məscidinə gəldiniz. Burada da qapı öz-özünə açıldı. Siz nə edirdiniz?” Müqəddəs Ərdəbili şagirdinin mənəvi sirlərə agah olma ləyaqətini gördü və bəzi alimlərin dediyinə görə, ondan söz aldı ki, diri olduğu müddətdə onun sirrini başqasına deməsin, sonra dedi: -“Uzun müddət idi ki, bir neçə mürəkkəb elmi məsələ barədə tədqiqat aparırdım. Bu gecə bir qədər düşündüm. Gördüm ki, istənilən cavabı əldə etməmişəm. Öz-özümə dedim: -Şeyx Əhməd xəcalət çəkmirsən? Sən ki, Əmirəl-möminin İmam Əlinin (ə) elm dəryasının kənarında əyləşmisən, niyə gedib suallarını öz mövlandan soruşmursan? “وَ كُلَّ شَيْ‏ءٍ أَحْصَيْناهُ في‏ إِمامٍ مُبين” (“Yasin” surəsi, 12-ci ayə) (Biz hər şeyi hesaba alıb açıq-aydın imamda təsbit etmişik.) “وَ لا رَطْبٍ وَ لا يابِسٍ إِلاَّ في‏ كِتابٍ مُبين” (“Ənam” surəsi, 59-cu ayə.) (Yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!) “أی في إمام مبین” (Yəni, açıq-aşkar imamda) O, “وَ مَنْ عِندَهُ عِلْمُ الْكِتَاب” (“Rəd” surəsi, 43-cü ayə) (Kitabı bilənlərin şahid olması yetər!) ayəsinin sahibidir. Get, İmam Əlinin (ə) özündən soruş! Buna görə hərəmə gəldim. Lakin, hərəmin qapısı bağlı idi. İmam Əli (ə) özü qapını açdı. Suallarımı verdim. İmam Əlinin (ə) pak qəbrindən səs gəldi: -“Şeyx Əhməd Müqəddəs Ərdəbili! Sən övladım Məhdinin (ə) imamət və vilayət dövründə yaşadığın üçün, suallarının cavabını da ondan soruşmalısan”. Ərz etdim: -“Ey mənim mövlam! Mən sizin övladınızın harada olduğunu bilmirəm”. İmam buyurdu: -“Oğlum indi Kufədə namaz qılır”. Buna görə, Kufəyə gəldim və İmam Zaman (ə) mənim üçün qapını açdı. Suallarımın cavabını İmam Zamandan (əc) aldım və indi də qayıdıram”.

Qeybə iman daha fəzilətlidir

Kim həqiqətən İmam Zamanı (əc) sevsə və onun hüzurunda günah etməsə, Müqəddəs Ərdəbili olar. Axirüz-zaman şiələri üçün bir çox fəzilətlər demişlər. “الَّذينَ يُؤْمِنُونَ بِالْغَيْب” (“Bəqərə” surəsi, 3-cü ayə) (O kəslər ki, qeybə inanır.) Yəni, o şəxslər ki, qeybdə olan höccətə inanırlar. İmamlar (ə) sizləri çox tərifləmişlər. Çünki, bu şiələr görmədən iman gətirmiş və vurulmuşlar. Öncəki imamların (ə) dövründə, camaat imamın yanına gəlir, möcüzə və kəramət görür, xəstə uşaqlarını imamın yanına gətirir, həzrət mübarək əlini xəstəyə çəkirdi və onlar sağalırdı. İmamlar (ə) Allahın qüdrətinin təcəllasıdırlar. Vilayət barədə İmam Baqirin (ə) çox dəyərli bir sözü var: “إنَّ اللهَ أقدَرَنا عَلَی مَا نُريدُ” (Allah bizi aləmdə iradə etdiyimizi həyata keçirməyə qadir etdi.) “Camiə” ziyarətnaməsində belə oxuyuruq: “وَ ذَلَّ کُلُّ شَیءٍ لَکُم” (Hər bir şey sizə müti olmuşdur.) Onlar möcüzə və kəramət görürdülər. Amma, siz elə bir şəxsə mötəqidsiniz, onu sevirsiniz, ona görə “Nüdbə” duası oxuyursunuz, onun ayrılığına görə ağlayırsınız və fərəci üçün dua edirsiniz ki, onu görməmisiniz! Görmədən ona vurulmusunuz. Buna görə də, bu fəzilətdir.

Mən sizin mövlanız Sahibəz-zəman (əc) barədə nə deyim ki, İmam Sadiq (ə) buyurub: “لَوْ أَدْرَكْتُهُ لَخَدَمْتُهُ أَيَّامَ حَيَاتِي” (Əgər mən Məhdinin (əc) zamanını dərk etsəydim, bütün ömrüm boyu onun xidmətində olardım”. Mən o ağa barədə nə deyim ki, İmam Sadiq (ə) onun xidmətçisi olmaq istəyir?!

İmam Məhdi (əc) xilqətin cövhəridir

İndi gülab tutma fəslidir. Bir az gülab hazırlamaq üçün çoxlu miqdarda gülü hərarətə verirlər. Onun bir çoxu buxarlandıqdan sonra, gülab əldə edilir. Bu gülabın üstünə də yağa oxşar bir maddə yığılır ki, o məhəmmədi gülünün ətridir. Bu ətirin hazırlanma prosesinə cövhər alma deyilir. Allah-Taala kainatı yaratdıqdan sonra, aləmin bütün gözəllikləri və kamilliklərini bir varlıqda topladı və onun adını Höccət ibn Həsən əl-Əskəri (Ruhumuz ona fəda olsun.) qoydu. Yaxşıların hamısının birgə sahib olduqlarına bizim mövlamız İmam Məhdi (əc) təkcə sahibdir.

Həzrət Zəhraya (s.ə.) təvəssülün əhəmiyyəti

Bu gün bizim məclisin ilk gecəsidir. Ananın əmrinə itaət etmək vacibdir. Həzrət Zəhranın (s.ə.) əmr etdiyi hər bir şeyə bütün övladları əməl edirlər. Yəni, əgər bu gecə xanım Zəhra (s.ə.) övladına buyursa ki; -“Övladım! Bunlar sənin anan üçün əza məclisi keçiriblər. Bunların dərdinə əlac elə!” İmam ərz edəcək: -“Gözüm üstə, anam!” Əgər xanım buyursa ki; -“Mənim Hüseynim! Bunlar sənə ağlayanlardır. Bu gecə onların problemlərini həll et”. İmam Hüseyn (ə) də itaət edəcək. Bu tərtiblə bütün övladları. Buna görə, Həzrət Zəhraya (s.ə.) təvəssül etmək çox mühümdür. “Müshəfi Fatimə” barədə olan hədislərdən birində İmam Baqir (ə) Əbu-Bəsirə belə buyurub: “لَقَد کانَت عَلیهَا السَّلامُ مَفروضَةَ الطّاعَةِ عَلَی جَمِيعِ مَن خَلَقَ اللهُ مِن الجنِّ و الإنسِ والوَحشِ وَ الطَّيرِ وَ الأنبِياءِ وَ المَلائِکَةِ” (Anam Zəhraya (s.ə.) itaət etmək cinlər, insanlar, vəhşi heyvanlar, quşlar, peyğəmbərlər və mələklərdən olan Allahın bütün məxluqatına vacib edilmişdir.) Əllamə Əminidən (Allah onun məqamını uca etsin) belə sual etdilər: -“İmam Əli, Həsən və Hüseyn (ə) evdə ola-ola, nə üçün Həzrət Zəhra (s.ə.) qapının arxasında dayandı?” Əllamə ağladı və buyurdu: -“Həzrət Zəhra (s.ə.) gəldi ki, bəlkə onlar Zəhradan (s.ə.) utansınlar və xəcalət çəksinlər”. “في‏ بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ” (“Nur” surəsi, 36-cı ayə) (Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdə...) ayəsinin təfsirində deyilib ki, ravi Peyğəmbərdən (s) soruşdu: -“Fatimənin də evi bu evlərin nümunəsidir?” Peyğəmbər (s) buyurdu: “هِيَ أفضَلُهَا وَ أشرَفُهَا وَ أعظَمُهَا وَ أکرَمُهَا عِندَ اللهِ” (Onun evi Allah yanında evlərin ən fəzilətlisi, şərafətlisi, əzəmətlisi və əzizidir.) Peyğəmbər (s) buyurub: -“Kim Allahın ərşinə baxmaq istəyirsə, Əli (ə) və Fatimənin (s.ə.) evinin tavanına baxsın!” Amma, Həzrət Fatimənin (s.ə.) evi ilə nələr etdilər?! Allah mərhum Kompaniyə rəhmət etsin:

Mərifətdən sirlər xəzinəsi olmuş sinə, divarla qapı arasında sıxılmağa layiq idimi?! ... Vəs-səlam!

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/12
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap