Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 Ayətullah Meşkininin (r) döyüşçülərə moizəsi 11-ci söhbət

Rəhman və Rəhim Allahın adı ilə

وَ الصَّلوةُ وَ السَّلامُ عَلی خَیرِ خَلقِه وَ أفضَلَ بَریَّتِه سَیِّد ألاَنبیاءِ وَ المُرسَلینَ وَ أوَّلِ الصُّلَحاءِ وَ المُقَرَّبینَ أبِی القاسِمِ مُحَمَّدٍ وَ عَلی آلَه الطَّیبینَ الطَّاهرینَ وَ اللعنُ عَلی أعدائِهم أجمَعینَ. رَبِّ اشْرَحْ لي‏ صَدْری وَ يَسِّرْ لي‏ أَمْری وَ احْلُلْ عُقْدَةً مِنْ لِسانی يَفْقَهُوا قَوْلی‏

Əxlaq alimləri, din psixoloqları insan barəsində danışan zaman onun pis və yaxşı sifətlərini bir-birindən ayırdıqdan sonara bəşərə öz eyb və kamalını tanıtdıraraq belə yazırlar: “İnsani fəzilətlərin ən üstünlərindən biri, bəşərin ən gözəl sifətlərindən biri bağışlamaq, alicənablıq və saxavətdir.

Bu sifət əxlaqi fəzilətlərdəndir və insana şərəf gətirib onu əzəmətli edər. Bu sifətə sahib olan insan qəlblərin istəklisi olar.Bu insan cəmiyyətə daxil olar və qəlblərdə yer tutar. Mələklər onu tanıyıb mədh edərlər. O behişt və Allaha yaxınlaşar.

“Səxavət” bundan ibarətdir ki, insan öz əsas hədəfi yolunda, olanlarını əsirgəməsin. Az və ya çox olmasına baxmadan lazım olan miqdarı öz hədəfi yolunda xərcləsin. Bu məsələ kiçik bir iş sanılmır.

«لَنْ تَنالُوا الْبِرَّ حَتَّى تُنْفِقُوا مِمَّا تُحِبُّون‏»

آل‏ عمران: 92

Quran burada “lən” klməsini işlətmişdir. Ərəb dlində və ərəb lüğətnaməsində “lən” kəlməsi “əbədi nəfy” (yəni elə bir iş ki, heç zaman olası deyil) mənasında işlədilir.

«تُنْفِقُوا مِمَّا تُحِبُّون»;«لَنْ تَنالُوا الْبِرَّ»

Bu o deməkdir ki, insanlar sevdikləri şeylərdən keçməyincə  heç bir uca insani məqama catmayasıdırlar.Məhbubunuz yolunda her şeyinizdən keçin.Qeyd olunanlar “səxavət”in mənalarıdır.Bundan əlavə “بذل”və “إعطاء” kəlmələri də səxavət və alicənablıq mənasındadır.

Səxavətlilərin və alicənabların öncülü Allahdır. O alicənablıq və bağışlamağı bizə öyrədir. Peyğəmbərlərin də belə bağışlamaq və alicanablıqları olub və bunları bəşərə öyrədiblər. Rəvayətdə buyurulur:

"تَخَلَّقُوا بِأَخْلَاقِ اللَّه‏"

بحار الأنوار، ج‏ 58: 129

Yəni, Allah-taalanın sifətlərini özünüzdə cəmləyin!

Allahda olan sifətləri özünüzə götürün!

"تأدبوا بآداب الله"

Allahın ədəbini öyrənib özünüzdə işə salın. Özünüzü Allahın sifətləri ilə sifətləndirib, Allahın ədəbi iləədəbləndirin. Bununla yer üzündə “Allahın xəlifəsi” adına nümunə olun.

Allahın sifətləri arasında ən mühümlərindən biri, ilahi sifətlər arasında ən üstünlərindən biri alicənablıq və səxavətlilikdir.Deməli, peyğəmbərlər və insanlar səxavətli və alicənab olmalıdırlar.

İslam maarifinin ən mühüm məsələlərindən biri Allahın sifətlərinin dərkidir.Bu sifətlərin hər biri bəşər üçün nümunədir.Əgər biz Allahın səxavəti haqqında düşünsək böyük bir nöqtə taparıq.

Amma adətən bizlər Allahın sifətlərinə düzgün diqqət yönəltmirik. Ən mühüm İslam maariflərindən biri Allahın  sifətlərində təhqiq etmək, düşünüb bu sifətləri dərk etməkdir. Allahın sifətlərinin hər biri ibrət alınasıdır.

«وَ لِلَّهِ الْأَسْماءُ الْحُسْنى‏»

(اعراف:180)

Allahın sifətlərinin hər biri bəşər üçün nümunədir.

Misal üçün Allahın bu sifətləri barəsində düşünürük ki, Allah səxavətli və alicənabdır deyərkən nəzərdə tutulan nədir?Siz görürsünüz ki, bu varlıq (təkvin) aləmində bütün mövcudlar hərəkətdədir.Bu varlıq aləmi dayanılası yer deyil.Bura hərəkət olunası yerdir.Yaranış dünyası hərəkət dünyasıdır və bütün cansızlar, (daş və sair) bitkilər və heyvanlar, ruhlar, mələklər, cinlər və gözə görünməyən varlıqlar hərəkətdədirlər.Bəziləri bu dünyanı böyük axar çaya bənzətmişdir.   Əgər siz bu çayın kənarında dayanmış olsanız görəcəksiniz ki, bu çayın suyu ardıcıl olaraq hərəkət edir.Dünya bu axar çayabənzəyir.Nə varsa hərəkətdədir.

Deməli, bütün cansızlar, torpaq və otlar hərəkətdədir.Torpaq necə hərəkət edir? Bu torpaqtorpaqlıqdan  hərəkət edib günəş şüası, külək və başqa güclərdən təsirləndikdən sonra dəmirə çevrilərək torpağın müqabilində bir kamal (üstünlük)əldə etmiş olur.

Hərəkət edərək qızıla, gümüşə və qiymətli dürrə çevrilən torpaqdır.Torpaq hərəkət edib bitki, bitki hərəkət edib meyvə, meyvə hərəkət edib insan bədəninin bir qismi olur.

İnsan bədəninin bir hissəsi nütfədəndir.Nütfə laxtalanmış qana çevrilir və sonda kamil bir insan olur.İnsan hərəkətedərək ruh olur və ruh ucalıb yuxarıdakı aləmdə mələklərin sirdaşına çevrilir. Deməli bu dünya hərəkət dünyasıdır və bu dünyaya nəzər saldıqda görürük ki, başdan ayağa hərəkətdədir.

Allahın səxavəti budur.Hərəkətdə olan bütün varlıqlara yolu göstərən Allahdır.Bütün hərəkətdə olan varlıqların ruzisini Allah verir.Torpaqa o kömək edir və Allahın səxavətindəndir ki, torpağı qızıla çevirir.Günəşinə saçmaq, küləyinə əsmək əmri verir.Digər lazım olan güc və hərəkətlərə əmr edir ki, kömək etsinlər.Allahın səxavətli əli torpağın üzərində olmasa torpaq qızıla çevrilə bilməz.

Bu işlərdə gərək Allah ehsan etsin ki, torpaq qızıl olsun.Əziz əkinci toxumları torpağın altında basdırıb öz iş-gücünün ardıyca gedir.Altı ay və yaxud bir ildən sonara bir toxumun əvəzinə çoxlu toxum götürür.Bütün bu proseslərin həyata keçməsini təmin edən Allahın səxavətidir.Günəşi O çacdırmalıdır, küləyi O əsdirməlidir və yağışı O yağdırmalıdır.Əkilmş toxumların ərsəyə gəlməsi üçün keçiləsi mərhələlər ehsana, kömək və səxavətə ehtiyaclıdır .Bu səxavət Allahdandır.

Torpağın altında olan ərik, badam və girdəkan toxumlarına Allah icazə verməklə yanaşı kömək edir ki, onlar inişaf edibtər şaxəyə sonara isə ağaca cevrilib meyvə versinlər. Bir qaysı meyvəsinin tumu o yerə gəlib çatır ki, böyük bir qaysı ağacına çevrilib hər il cəmiyyətə bol-bol məhsul verir.

Bu qaysı toxumu keçməli olduğu yolda səxavətə, alicənablığa ehtiyaclıdır.Bu yolda Allahın səxavət və alicənablığı ona kömək etməlidir.Allah nur bağışlayıb onu hidayət etməli və ona su verməlidir.

Həzrət Musa (ə) qardaşı ilə Fironun böyük sarayına daxil oldub onu iman gətirməyə dəvət etdikdə Firon dedi:

«قالَ فَمَنْ رَبُّكُما يا مُوسى‏»

(طه: 49)

O “Allah” dediyin məndən üstündür və hər kəsi o vücuda gətirib, onun həqiqəti nədir? Haradadır?Görüləsidir yoxsa eşidiləsi?

«فَمَنْ رَبُّكُما يا مُوسى ‏* قالَ رَبُّنَا الَّذي أَعْطى‏ كُلَّ شَيْ‏ءٍ خَلْقَهُ ثُمَّ هَدى‏»

)طه: 50 – 49(

O böyük peyğəmbər (Firoun cavabında) əzəmətli bir cümlə söylədi. Bu cümlə elə bir əzəmətə malikdir ki, Allah-taala bu cümləni Qurani-kərimdə Musa peyğəmbərin dili ilə bəyan edir. Diqqət edin, bu cümlənin necə də qəribə məzmunu var. Musa dedi: Ey Firon! Mənim Allahımı tanımaqmı istəyirsən? Mən Onun sifətlərindən birini deyim, O səxavətli və alicənabdır.

«رَبُّنَا الَّذي أَعْطى‏ كُلَّ شَيْ‏ءٍ خَلْقَهُ ثُمَّ هَدى‏»

Mənim Allahım o Allahdır ki, öncə bütün varlıqlara həyat libasını geyindirib bütün varlıqları yaratdı. Sonra onlara “təkvini” (təbii) hərəkət yolunda ehsan etdi ki, yaranmışlar hərəkətlərindəki hədəfə çatsınlar.

Allah səxavtəli və alicənabdır.Yəni Allah bütün mövcudların ehtiyacını təmin edir.Səxavətli olmaq hər bir varlığı ehtiyacı həddində təmin etməyibacarmaqdır.Allah-taala mütləq səxavətili və alicənabdır.

Bu nöqtəni Allahın sifətləri vasitəsi ilə dostlara xatırlatmışam ki, Allahın bütün sifətləri mütləqdir.Əgər ilahi sifətlərdən bizlərdə olarsa bu sifətlər bizlərdə nisbidir.Allah mütləq eşidəndir.Amma biz nisbi eşidirik.Biz olduğumuz mühitdəki səsləri eşidirik və digər mühitəri eşitmirik.

Biz bu gün burdayıq və burdakı səsləri eşidirik.Yəni sabahkı səsləri hələki eşitmirik.Keçmişdəki səslər ötüb keçib və biz onları hal-hazırda eşitmirik.Biz buradakı səsləri eşidirik və heyvanların səslərini eşitmirk.Amma Allah belə deyil.Allah mütləq eşidəndir yəni ki, vahid anda həm insanların, həm heyvanların və həm də mələklərin səsləri ilə yanaşı bütün digər səsləri də eşidir.

Deməli Allah mütləq eşidəndir, bizlər isə nisbi eşidirik.Allah qeyd-şərtsiz eşidir, bizlər isə qeyd-şərtlə eşidirik.Səxavətdə də belədir.Allah səxavətli və alicənabdır, yəni bütün ehtiyacları O icad edir və bu ehtiyacları O ödəyir.Onun səxavət və alicənablığı mütləqdir.

Əgər biz səxavətliyiksə, bu səxavət bizdə nisbidir.Biz 10 manatımızdan keçir və ya 100 manatımız barəsində səxavətli oluruq.Hətta öz var-dövlətmizdən, bütün olanlarımızdan keçsək belə çox məhduddur.

Əgər biz daha yuxarı qalxsaq öz canımızdan keçirik bu da çox məhduddur.Allah mütləq səxavətlidir bizlər isə nisbi səxavətliyik.Allah qeyd etdiyim mənalarda səxavətlidir.Biz bu sifəti Allahdan öyrənməliyik.Biz də səxavətli və alicənab olmalıyıq.Bu baxımdan insan üçün ən gözəl sifətlərdən biri səxavət və alicənablıq sayılır.

İmam Rza (s) buyurur:

"َإِنَّ السَّخِيَّ قَرِيبٌ مِنَ اللَّهِ قَرِيبٌ مِنَ النَّاسِ قَرِيبٌ مِنَ الْجَنَّة"

(مجموعه ورام(تنبيه الخواطر)، ج‏ 1: 171)

Güzəştli, hədəfi yolunda olanlarını əsirgəməyən səxavətli insan üç şeyə yaxınlaşar.Bu üç yaxınlıqın birincisi Allah, ikincisi insanların qəlbi və üçüncüsü isə behiştdir.

Bu gözəl sifətin əksi isə xəsislikdir. Xəsis insan Allahdan, insanlardan və behiştdən uzaq düşər.Səxavət belə bir mövzudur.

Xülasə, səxavətin mənasına diqqət olunmalıdır. İmam Sadiq (ə) buyurur: Səxavət o demək deyil ki, insan mal-mülkünü hədərə verib dağıda. Hər kimə istəyir paylaya və hara istəsə səpələyə.Bu səxavət deyil. Səxavəti belə məna edilir: Səxavətin birinci dərəcəsi budur  ki, siz öz mal-mülkünüzdən Allah istəyib vacib buyurduğlarını təhvil verəsiz.

Bilin ki, Allah sizin mal-mülkünüzdən nə istəyir və Allaha borcunuz nədir.Allahın sizdən istədiyini verin.Bəzən Allah mal-mülkünuzün ondan birini, bəzən isə beşdən birini istəyir.Bunlar xüms və zəkatdır. Bəzən olur ki, Allah ondan azını və bəzən isə bütün mal-mülkünüzü istəyir. Deyir ki, hər şeyinizdən keçin.

Allah buyurur: İbrahim! Gərək elə ondan keçəsən.

Həzrət İbrahim: Pərvərdigara! Mən Sənin yolunda ondan da keçərəm. Əgər ondan da üstününə sahib olsam yenə də əsirgəmərəm.

Allah buyurur: Gərək özün başını kəsəsən.

Həzrət İbrahim: Allahım, özüm başını kəsrəm.

Sonra İbrahim İsmailin anasına (həyat yoldaşına) deyir: Mən bu cavanı səfərə aparmaq istəyirəm. Ona yaxşı libas geyindir və onu zinətləndir. Onu əzəmətli bir yerə, böyük varlığın (Allahın) hüzuruna aparıram.

Ana məsələnin nə yerdə olduğunu bilmədənövladını eşq ilə geyindirib zinətləndirdikdən sonra atasına (İbrahimə) təhvil verir. Ata kəsiçi aləti götürür və İsmaillə birgə yola düşürlər. Lazım olan məkana yetişdikdən sonra İsmaili yerə uzandırır və kəsiçi aləti İsmailin boynuna toxunduraraq “Bismillahir-Rəhmanir-Rəhim” deyib kəsmək istəyir. Budur səxavətin mənası. Biz belə bir şeyi təsəvvür də edə bilmirik.

İnsanöz məhbubu yolunda keçməlidir.

«وَ فَدَيْناهُ بِذِبْحٍ عَظيمٍ»

 (صافات: 107)

 «قَدْ صَدَّقْتَ الرُّؤْيا»

(صافات: 105)

Allah buyurur: İbrahim! Sənə yuxuda onun (İsmailin) başını kəsmək əmrini verimişdik.Sən bizim əmrimizi yerinə yetirdin. Afərin sənə İbrahim!

«وَ إِبْراهيمَ الَّذي وَفّى»

((نجم: 37

İbrahim barəsində Qurani-kərim elə bir cümlə işlədir ki, bu cümlədiri insanı (qəlbi ölməmiş kəsi) heyrətləndirir. Həqiqətən bu cümlə insanı valeh edir, buyurulur: Mənim İbrahimimi tanıyırsınızmı? Mənim İbrahimim “vəfi” idi.“Vəfi” o kəsə deyilir ki, boynunda olan bütün borclarını kamil surətdə ödəmiş olsun. Onun bir zərrə belə borcu qalmasın. Quran buyurur: İbrahim “tufiyə” etdi. İstədiyimiz hər şeyi verdi. Amma bizlər necə?

Allah-taala bizdən coxlu vacibatlar istəyir.Amma biz deyə bilmərik ki, onları yerinə yetirmişik.Elə bu qıldığımız namazlar nədir?Mən bu namazların qəbul olub-olmadığını anlaya bilmirəm.Allah bizdən namazı əməl ilə istəmidir.Allahın İbrahim barəsində “təvfih” etdi (borcunu tam ödədi) buyuruğu onun göstəicisidir ki, həzrət İbrahim böyük səxavət nümayiş etdirmişdir.

İmam Sadiq (ə) buyurur: Səxavətin mənası budur ki, səndən istənilən şeyi verməkdə çətinlik yaratmayasan. Mal-mülk istəsələr mal-mülkündən, övlad istəsələr övladından, can istəsəl canından və ruh istəsələr ruhundan keçəsən. Bu ən mühüm səxavətdir.

Tarixdə və rəvayətdə belə nəql olunur ki, həzrət Musa Samirini öldürmək istədi. Bildiyiniz kimi həzrət Musanın dövründə  Samiri ən cinayətkar insan idi. Samiri o kəs idi ki, həzrət Musa Allahın əmri ilə qırx gün Tur dağında səfərdə olduğu zaman, (bu səfər Allah ilə söhbət edib, səmavi kitab Tövratı yazıb qövmünə gətirmək üçün idi) Musa qövmün içindən çıxar-çıxmaz Samiri səs çxaran bir buzov düzəldib xalqa deyir:

«هذا إِلهُكُمْ وَ إِلهُ مُوسى‏ فَنَسِيَ»

(طه: 88)

Ey insanlar gəlin, Musanın dediyi Allah burdadır.Musa onun sorağınca getdi.Onun burada olduğu Musanın yadından çxdı.

İnsanlar gəlib gördülər ki, buzov səs çxardır.Onun ətrafında toplanıb səcdə etdilər.

İnsanlar buzova səcdə etməklə xəyanətə yol vermiş oldular.

Musa qayıdıb öz tək Allahçı qövmünü müşrik gördü. Musa mömin insanları kafir gördükdə elə narahat oldu ki, istədi Samirini öldürsün.  Allah buyurdu: (Samirini) Edam etmə, onu sürtgün et. Musa dedi: Niyə?

«لا نه کان سخیا »

Allah buyurdu: Bu fərdin bir (yaxşı) sifəti var ey Musa! Bu sifətinə xair Mən əmr edirəm ki, onu edam etməyib sürgün edəsən. (Samiri səxavətli idi.)

Belə bir sifətə sahib olduğu üçün o öldürülmədi. İnsan üçün ən yaxşı sifət səxavətli, alicənab və güzəştli olmaqdır. Hər bir fərd özünə müraciət edərsə harda saxavətli, alicənab və güzəştli olmalıdır və harda öz mal-mülkündən Allah yolunda keçməlidir sualına cavab tapar.

Vacibatın bir hesabı var, müstəhəbbatın (yardım etmək, səxavətli və alicənab olmaq) isə başqa bir hesabı. Mən bu rəvayəti digər bir yerdə danışmışam. Bilmirəm sizin qulağınıza çatıb yoxsa yox. Rəvayətdə deyilir ki, imam Əli (ə) bir gün övladı imam Həsənə (ə) buyurdu:

Həsəncan! Bir müddətdir ki, mənim üçün yumşaq çörəklə ciyər kababı hazırlamağını istəyirəm. Bəlkə bir ildir itəyirəm sənə deyəm. Amma vəziyyət bunu tələb etmir deyə nəfsimə uyğun hərəkət etmək istəmirəm.

İmam Həsən (ə) bu cümləni eşidib ayğa qalxdı və ciyər kababı ilə yumşaq çörək hazırladı. İmam Əli (ə) oruc idi. Iftar oldu və yeməyi həzrətin qarşısına gətirdilər. İmam bir il idi yemək istədiyi yeməkdən bir tikə ğötürmək istəyən vaxt qapı döyüldü və səs geldi: Kim mənə kömək edər, uzaq yoldan gəlmişəm.

Əli (ə) buyurdu: Həsəncan! Kimdir? İmam Həsən cavab verdi: Dilənçidir. Deyir ki, uzaq yoldan gəlirəm. İmam Əli (ə) buyurdu: Bu yeməyi elə beləcə götür ona ver! İmam Həsən (ə) buyurdu: Ona başqa yemək verərəm. İmam Əli (ə) buyurdu: Yox elə bunu ver. Qorxuram ki, qiyamət günü bu ayə halıma şamil olsun:

«أَذْهَبْتُمْ طَيِّباتِكُمْ في‏ حَياتِكُمُ الدُّنْيا»

((أحقاف: 20

Axirətdə bir dəstəyə deyərlər: Sən get, sən öz xoş günlərini dünyada keçirmisən. Sən bütün ləzzətlərini dünyadan almısan və axirətə bir şey qoymamısan. İmam Əli (ə) isə dedi: Apar bunu (yeməyi) ona (dilənçiyə) ver. Həzrət o yeməkdən keçdi. Bu səxavətin mənasıdır.

Deməli səxavət keçməkdən ibarətdir. O şeydən keçməlidir ki, imtahan olunarkən həmin şey ondan tələb olunsun. Bu səxavətin mənasıdır.Ümidvaram ki, inşaallah bu msəələyə diqqət yönəldəsiniz.Əlbəttə səxavətin mənası təkcə bu deyil ki, puldan və maddiyatdan keçəsən.Bəzən insan rahatlığından keçməlidir.

Bəzən insan üçün iş, bəzən ibadət və bəzən isə hərəkət etmək çətin olur. İnsana tapşırıq verilir. O ya burda qalmalıdır ya da ki, hərəkət edib cəbhəyə getməlidir. Yaxud hər hansısa bir yerə getməlidir.Baxdıqda görür ki, hərəkət etmək ona çox problemlidir.Olduğu yerdə qalmaq, olduğu postda əyləşmək isə olduqca rahatdır. Göndərildiyi təzə postisə ona çox narahatdır.

Burada səxavət məsələsi orataya çıxır.Burada nəfsin alicənablığı olmalıdır ki, insan öz nəfsinin əleyhinə qiyam edib nəfsani şəhvətlərdən, istirahətdən keçsin. Bu da səxavətin  bir növüdür. Bütün insanlar bu sifətə ehtiyaclıdırlar.Əgər bir cəməiyyət bu sifətə malik olmazsa o cəmiyyət rahat həyat sürə bilməz və onların yaşayışı insani yaşayış olmaz.

Rəvayətdə gəlib ki, günlərin bir günü həzrət peyğəmbər (s) məsciddə oturmuşdu.Həzrətin köməkçilərindən böyük bir dəstə həzrətin kənarında əyləşmişdilər.Bu vaxt Yəməndən bir dəstə məscidə daxil oldular.Onlar həzrətin hüzuruna yetişib ondan hansısa məsələləri öyrənmək istəyirdilər.

Onlar gəlib həzrətin qarşısında dayandılar.Rəvayətdə deyilir ki, onların içində biri çox mübahisəçi idi və həzrətin hər buyuruğuna nəsə cavab vermək istəyirdi.Həzrət narahat oldu və başını aşağı dikib fikirə getdi.

Həzrət nəsə bir əmr vermək istədikdə əvvəlcə düşünürdü.Həzrət bununla bizlərə örgədir ki, bir işi görək istədikdə düşünün və düzgün addım atın.Diqqətsiz addım atan insan naqis insandır.Belə bir insanın ağlı azdır.

Ağıllı insan görmək istədiyi hər bir işdə düzgün fikirləşir, ölcüb-biçir, anlayır və əgər anlamırsa məşvərət edir.Məhz bu yerdə məşvərət etməyə çoxlu təkid olunmuşdur.Yəni əgər bir işin yaxşı və yaxud pis olduğunu bilmirsənsə o işə başlama və bilən kəslərlə məşvərət et.

İslam peyğəmbəri başını aşağı dikdi ki, bu cəsur amma məntiqsiz kişi barəsndə nə etsin?! Rəvayətdə deyilir ki, həzrətin mübarək çöhrəsi dəyişdi. Həzrət bu qərara gəldi ki, onun barəsində hökm versin. Yəmənli kişi həzrətin çöhrəsindən bu məsələni oxudu. Anladı ki, həzrət onun əleyhinə nəsə qərar verəcək.Həzrət buyurdu: İstəyirdim  qərara gəlib sənin edamına hökm verəm.

Az sonra Yəmənli kişi həzrətin simasına nəzər salır və görür ki, peyğəmbərin çöhrəsi təbii halına qayıtdı və həzrət başını yuxarı qaldırıdı. Dodaqlarında təbəssüm göründü və buyurdu: Əyləşin. Həzrət ona ehtiram göstərərək söylədi: İndi Cəbrail nazil olub dedi: Peyğəmbər! Allah salam deyir və buyurur: Bu kişi barəsində belə qərara gəlmə. Çünki bu kişinin bir sıra bəyənilən sifətləri var. Bu sifətlərdən biri səxavətdir. Bu kişi olanını əsirgəmir. Millətə xidmət edir.Bu sifətinə görə ondan keç. Həzrət buyurdu: Mən səni buna görə əfv etdim. Ymənli kişi sual verdi: Məgər sənin Allahın səxavəti sevir?

Peyğəmbər buyurur: Mənim Allahım gözəldir və bütün gözəllikləri sevir. Mənim Allahım səxavətlidir və səxavətliləri sevir.Mənim Allahm rəhimdir və cəmiyyətin halına ürəyi yananları sevir.Mənim Allahım mehribandır və insanlara münasibətdə mehriban olan insanları sevir.Mənim Allahım şücaətlidirvə şücaətliləri sevir.

Mənim Allahım qeyrətlidir və qeyrətliləri sevir.Mənim Allahım səxavətlidir və səxavətliləri sevir.Mənim Allahım böyükdür və əzəmətliləri sevir.Mənim Allahım gözəlliklər və kamal sahibi olduğu üçün gözəl sifətlərə malik olan insanları sevir.

Yəmənli kişi bu cümlələri eşidib peyğəmbərə tabe olur və kəlmeyi-şəhadət deyir. Budur səxavətin mənası.Səxavət onu küfrdən xilas edib bir məqama çatdırır.

Qardaşlar, dostlar! Rəvayətə diqqət edin: Öz nəfsiniziöyrənin. Hər gün öz sifətlərinizdən birinə diqqət yetirin.Hər gün bir dərs oxuyun və hər dərsdə bir sifəti öyrənin.Öyrəndikdən sonar əməl mərhələsinə adlayın. Bir müddət keçdikdən sonar kamil insan olun!

Mən sizə söz verirəm ki, qapıları açılan və İslamın nur caçdığı, Quran maarifi ilə tanışlıq tapan qəlb daha azmayasıdır.Siz cəmiyyətimizdə bu qədər yolunu azmış görürsünüz, bu qədər kiçik dəstələri müşahidə edirsiniz. Sağ və solu görürsünüz. Görürsünüz  ki, hərəsi bir səslə bir səmtə gedirlər.

Bunlar 50 il zalım hökumətin ərsəyə gətirdikləridir. Zalımlar qoymadılar ki, qəlblər Quran maarifi ilə tanış olsunlar. Bundan başqa hansı qəlbdir ki, Quran nuru ona saça, Quranla tanış ola-ola yolunu aza? Ey əziz Quran! Dəfələrlə səndən üzr istədik. Biz səninlə tanış olmadıq və buna görə yolumuzu azdıq. Biz səni qəlblərə salmadıq, sənin qədrini anlamadıq vəyolumuzdan azdıq.

Bu qədər insan öldürülür.Bu qədər azğınlıq, bu qədər parçalanmış kiçik dəstələr.Niyə?Buna görə ki, onlar Quranla oturub-durmayıblar.Onların Quranla tanışlığı yoxdur.

Qardaşlar! Bu böyük kitabla tanış olun. Əgər gündə bir cümlə bu kitabdakı maarifdən dərk etsəniz bir müddət sonar təfsirçi olarsız və Allahın kitabına alim olub İslam maarifinə yiyələnərsiniz.

Bu dünya elm, anlamaq və Allahı tanımaq üçün bir sinifdir. Əgər bu gün sizə qonağıqsa və sabah yoxuqsa siz məclisitəxirə salmayın. İnşallah məclisləriniz fərdə dayaqlanmasın!

Bu məclisdavamlı olsun.Dəvət etdiyiniz hər kəsdən istəyin ki, hər gün İslam maarifindən bir məsələni sizə bəyan etsin.Ruhani mərətəblərdən hər gün birini sizə söyləsin.Səadət yollarından hər gün birini sizə göstərsin və inşaallah kamil insan olasınız.

İnsan böyük yaranış məktəbində dərs oxumalıdır.Bu dünya bəşəriyyətin sinifidir.Bura bizim elm ocağımızdır. Şair deyir:

Ilk elm öcağı aləmdəki tövhiddir

Ondakı birinci şagird Adəmdir

Bu dünya elm, düşüncə və ilahi mərifət üçün məktəbdir. Qurani-kərim buyurur: Nə üçün göylərə və yerə baxmırsınız? Bəzən şəhərdən kənarlaşın.Bir təpənin ya dağın üzərinə qalxıb gəylərə və yerə tamaşa edin.Bu böyük dünyaya baxın və yaranış barəsində düşünün.Səhra, külək və ətrafınızdakılar barəsində təfəkkür edin. Baxdıqdan sonra deyin: Bütün bunları sən yaratmısan ki, mən bu güzgüyə baxmaqla Səni görüm. Bu böyük aynadan sənin zatını oxuyum.Bütün bunların vücudu Allahın varlığına, böyüklükləri isə Allahın böyüklüyünə dəlildir.Aləmdəki varlıqların zərifliklər Allahın elminə, onlardakı nizam isə Allahın hikmətinə dəlil-sübutdur. Dediyim bu cümləyə yaxşı diqqət edin: Aləmdəki hər bir zərrə bunu deyir ki, Allah var və məni O yaradıb. Bu zərrələrin vücudu Allahın varlığına dəlildir.Bu dünyanın böyüklüyü Allahın böyüklüyünə dəlildir.“Allahu əkbər”.Allah hər kəsdən böyükdür.Bu dünyadakı zərifliklər Allahın alimliyinə və elminin əhatəli olmasına dəlildir.Bu dünyanın nizamına nəzər saldıqda bu nizam deyir ki, Allah hikmətlidir.Bu dünya bir güzgüdür və biz bu güzgü vasitəsi ilə Allahı tanımalıyıq.Mən bu nöqtəni həmişə dostlara təkrarlayıram.

Allah hər bir ağac yarpağında Özünü mənə görsədir.Allah otlar vasitəsi ilə də Özünü Mənə görsədir.Hər bir ağac yarpağı, çaylar, səhralar, insanlar və heyvanlar Onu görsədən güzgüdür. Şair deyir:

Yüz min cilvənlə gəldin ki, Sən

Yüz min baxışımla tamaşa edim mən

Hər yer Allahın rəhmətinin nişanələridir.Allah Özünü mənə göstərir və xoş o kəsin halına ki, bu böyük güzgüdə Allahın gözəl camalını görə bilir.

Sizin vaxtınızı çox almayım.Müxtəsər olaraq dualardan birindən bir parçasını xatırlamaq münasib olardı. İmam Zeynəl-abidin (ə) duaların birində belə buyurur:

"أسئلك حبّك و حُبِّ مَن أحبَبتَ و حُبِّ ما يقرّب حبّه إلى حُبّكَ"

((صحيفه علويه: 585

Pərvərdigara! Səndən üç cür məhəbbət istəyirəm ki, qəlbim nurlansın.Qəlbim bu üç məhəbbət üçün açılsın.Birincisi, Öz məhəbbətin.İkincisi Səni sevənlərin məhəbbəti, üçüncüsü isə Sənin xoşladığın işlərə məhəbbət.

Pərvərdigara! Əgər bu üç məhəbbəti mənə versən mənim işlərim sahmanda olar.Öz məhəbbətini, Sənin dostlarının və xeyir əməllərin məhəbbətini.Əgər bələ olsa onda hökmən Sənə doğru aşiqanə gələrəm.

Qardaşlar! Uzun-uzadı səcdələr edib bizi (kamala) dəvət etmiş Allahdan (ilahi mərifət) istəyək.Hamımız Allaha səcdə edib, səcdə halında Ondan istəyək. O səcdə halında istəyən kəsi xoşlayır.Allahın bəndəsi səcdə halında bir dəfə “ya Allah” deyir və Allah-taala buyur: “Ləbbeyk”,(eşidirəm) Mənim bəndəm! İstəyin nədir?Mən varam və elə buradayam.Onun (Allahın) olmadığı yer haradır?

Qardaşlar! Allah ilə rabitəni gücləndirin.Bugünkü dünya Allahdan uzaqlaşıb, Allah ilə rabitəsini kəsib. Bu nöqtəyə diqqət edin: Güclü dövlətlər və əksər millətlər Allahdan uzaqlaşıblar. Müsəlmanlar da Alladan uzaq düşüb və adları müsəlmandır.

Ümidvaram ki, inşallah, Allah ilə daha çox rabitə qurub Onunla daha çox münacatlar edəcəksiniz.“Ərəfə” (İslam aləmində bayram gecələrindən biri) gecəsində çox əzəmətli bir dua oxunur.

İmam Zeynəl-Abidin (ə) duasında belə bir cümlə işlədir:

«الهی اسئلک بحق تلک المناجات التی کانت بینک و بین موسی  بن عمران»

Pərvərdigara! Səni İmran oğlu Musanın gecə yarı etdiyi münacatlarına and verirəm…

Munacat Allah yanında çöx əzizdir.Munacat nədir?Munacat yəni əyləşib Allah ilə öz dilində söhbət edəsən. Pərvərdigara! Ömrüm keçir, bilmirəm məndən razısan ya yox? Pərvərdigar! Bilmirəm günahlarım nəqədərdir?Hamısını sən yazıbsan, mən bundan xəbərsizəm.Sən bilirsən cinayətlərim nəqədərdir.Əməllərim necədir, xalisdirmi yoxsa yox?Mənə behişti verəcəksən yoxsa cəhənnəmi?Qəbir evində, bərzəxdə nə edəsiyəm?Əyləşəsən və bu səfərin barsəində düşünəsən.

Münacat Allahla söhbət etməkdir.Olanlarını Onunla bölüşəsən.Əgər bacarsan halında dəyişiklik edəsən. İmam Zeynəl-abidin (ə) buyurur: Əgər gözləin yaşla dolsa və bu yaş axmasa belə bu halını qənimət bil. Çünki Allahın rəhmətinə şamil olmusan.

Əgər Allah bağışlamaq istəsə

Bəndə ağlamağa başlayar

Ümidvaram ki, Allaha daha çox diqqət yönəldəcəksiniz.

Əziz qardaşlar! Mən sizə nəsihət edirəm ki, Allah ilə əlaqələrinizi gücləndirin. Allahı hər an yadda saxlamaq halını özünüzdə qoruyun.

Pərvərdigara! Məhəmməd və onun Əhli-beytinin (ə) ehtiramına bizim qəlblərimizi elm və iman nuru ilə işıqlandır.

Pərvərdigara! Məhəmməd və Əhli-beytinin (ə) haqqına xatir bizləri Səni sevən və Sənin dostlarından qərar ver! Şytanı, azğın nəfsi və zalımları bizə hakim etmə!

Pərvərdigara! Vəzifəmizi təyin edib ona əməl etmək tövfiqini bizlərə nəsib et!

Pərvərdigara! Ümmətin imamının,  böyükinqilab rəhbəri və bütün qüvvələrin komandanının ömrünü uzun et!

Biz İranlılarla birgə bütün dünya müsəlmanlarna bəlkə bütün dünyadazülmə məruz qalmışlara əta etdiyin bu nemətin (İslam inqilabının) ömrünü uzun et!

و السّلام علیکم و رحمة الله و برکاته

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/11/07
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap