Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 Həzrət Ayətullah Miyanəcidən (rh.) xatirələr

بسم اللهِ الرَّحمنِ الرَّحیم؛ الحَمدُللهِ رَبِّ العَالَمِینَ وَ صَلَّی اللهُ عَلی مُحمَّدٍ وَ آلهِ الطّاهِرینَ

Bağışlayan və mehriban Allahın adı ilə. Həmd olsun aləmlərin rəbbi olan Allaha. Allahın salavat və salamı olsun Məhəmmədə və onun pak ailəsinə.

İslam aləminin böyük şəxsiyyəti həzrət Ayətullah Əhmədi Miyanəcinin həqirin həyatında təsirli rolu olmuşdur və böyük haqqı üzərimdədir. Ona görə də axirət aləminə səfər etmiş və milyonlarla insanın ürəyini özü ilə aparmış o əziz şəxsiyyətə öz ədəbimi bildirməklə ona olan borcumu yerinə yetirməyi və onun böyük ruhundan yardım diləməyi özümə vəzifə bilirəm.

Neçə illərdir ki, yerli şəbəkələrin, xüsusilə də "Sibilan" şəbəkəsi, o böyük insanın fikir və düşüncələrini açıqlamaqla və elmin müxtəlif mövzularında dəyərli kəlamlarını yayımlamaqla onu bir daha xatırlayır və insanların qəlbində dirildir. Bu şəbəkələrlə yanaşı onun çoxlu moizə CD-lərinin Qafqazda, Qarabağda, Rusiyanın Moskva və Sankt-Peterburq kimi çoxlu azərilər yaşadığı bir şəhərlərdə yayılması minlərlə ürəkləri o ilahi şəxsiyyətə cəzb etmişdir. Amma azəri dilli məntəqələr arasında Ərdəbil daha çox o ilahi insana ürək bağlamışdır.

Bildiyiniz kimi, ruhaniyyət üçün cazibə ən lazımlı mövzudur və elmi hövzələr bu gün gərək ruhaniyyət üçün zəruri bir mövzu kimi ondan bəhs etsinlər.

Elmi hövzələr bir ruhani şəxs üçün qəlbləri necə ovlamaq, ona hakim olmaq, bunun təsirinin sirlərinin nədə olması mövzusunu zəruri bir məsələ olaraq araşdırmalıdır.

Ayətullah Miyanəci ürəkləri özünə cəzb edirdi və dəfələrlə deyirdi: "Bəzən insan bir dəfə minbərə gedir və onun moizəsilə min nəfər adam olur, bəzən də min dəfə minbərə gedir, bir nəfər də  adam olmur". Onu məsumum (ə) bu sözünün nümunəsi bilmək olar:

"...وَ ارُزقني مِن نور إسمکَ هَیبة وَ سَطوَة تَنقادُ لِیَ القلوبُ وَ الأرواحُ وَ تَخضَعُ لَدَیَّ النُّفوسُ وَ الأشباحُ"

(İlahi!) Öz adının nurundan mənə heybət bəxş et, qəlbləri və ruhları mənə tərəf çevir, nəfsləri və cinləri mənə xaze et!

Təkcə ruhanilər deyil, adi insanlar da ona cəzb olurdular. Bir dəfə küçə-bazar cavanlarından biri təsadüfən onun moizəsinə qulaq asır. Əxlaq dərsi tamam olduqdan sonra ayağa qalxıb deyir: "Ağa sənin xidmətindəyəm. Səni şox istəyirəm!" Ağa əlini onun çiyninə qoyub deyir: "Məni dua et!"

Biz bu mövzuya sadə yanaşmamalıyıq. Deməməliyik ki, ürəkləri cəzb etmək iktisabi (zəhmət çəkməklə qazanılası) deyil. Lakin bunun özünün sirləri, rəmzləri vardır. O böyük alimim və əxlaq ustadının ruhi sifətlərini, rəftarını, elmini tədqiq etməklə bu sirləri tapmaq mümkündür. Elmi hövzə bu əzəmətli irslə yaxından tanış olmalı, öz böyük şəxsiyyətlərinə söykənməklə elmi və mənəvi məqamını artırmalıdır.

İslam Peyğəmbəri (s), cazibənin kamil örnəyi

Ayətullah Miyanəcinin cazibəsindən danışmazdan öncə bunu bilməliyik ki, ürəklərin cəzbində ilk örnək İslam Peyğəmbəridir (s) və bütün böyük şəxsiyyətlər cazibəni o həzrətdən öyrəniblər. Ağa Miyanəci özü həmişə Peyğəmbərin (s) cazibəsinin sirlərindən danışar və deyərdi: "Peyğəmbərin (s) cazibəsinin sirlərindən biri bu idi ki, o həzrət rifah məsələsi qarşıya çıxsaydı, həmişə axrıncı sırada dayanardı. Amma çətinliklərdə özü və ailəsi ön sırada dayanardılar. Mədinənin torpaqlarını səhabələr arasında bölüşdürərkən, Cəbrail nazil olub dedi: "Ey Allahın rəsulu! Özün üçün bir yer saxlamadın. Fədəki də həzrət Zəhraya ver". Əmir əl-möminindən (ə) nəql olubdur:

"وَ کانَ رسولُ اللهِ صلی الله علیه و آله إذا إحمرَّ البأس و إحجمَّ النَّاسُ قَدَّمَ أهلَ بیتهِ فَوَقَی بهم أصحابَهُ حَرَّ السُّیوفِ وَ الأسنَّةِ

"Elə ki, döyüş qızışırdı və düşmən həmlə edirdi, Peyğəmbər (s) öz əhli-betini önə keçirir və onların vasitəsilə səhabələri qılınc və nizələrdən qoruyurdu.

Yenə buyurur:

کنَّا إذا إحمرَّ البَأسُ إتّقَینا برسولِ اللهِ (ص) فلَم یَکُن أحدٌ مِنَّا أقربَ إلَی العَدُوِّ مِنهُم

"Elə ki, döyüş qızışırdı, biz Allah peyğəmbərinə sığınırdıq və həmin vaxt bizlərdən heç biri düşmənə ondan yaxın deyildik".

Bir dəfə İslam qoşunu quyuları qurumuş susuz səhraya yetişdi. Peyğəmbər (s) dəstəmaz üçün saxladığı sudan hamıya verdi. Növbə Məaza çatdıqda o dedi: "Sizdən qabaq su içmərəm". Peyğəmbər (s) ona buyurdu: "Sən iç, qövnün saqisi (su paylayanı) gərək hamıdan axırda su içsin". Özünü böyük bilmək təkcə Allahın şənindədir. Özü buyurur: "Təkəbbür mənim libasımdır". Hər kəs Allahla bu libasa görə çəkişsə, yerə vurular.

Təbiidir ki, rəhbər belə olduqda səhabələri də onun dəstəmaz suyuna təbərrük etmək üçün bir-birlərinə yer verməyəcəklər. Necə ki, hədisdə gəlib: "Az qalırdı ki, onun dəstəmaz suyuna görə özlərini öldürsünlər". Təbiidir ki, Minada (saçını qırxdırdıqdan sonra) başının tükünün hamısını təbərrük üçün götürəcəklər. Məlumdur ki, belə rəhbərin xadimi Peyğəmbərdən (s) ayrılığa dözə bilməyəcək, nalə edib deyəcək: "Bu dünyada səndən bir neçə günlük ayrılığa dözə bilmirəm, bəs axirətdə səndən ayrılığa necə dözərəm?" Bu vaxt ayə nazil oldu:

وَ مَن يُطِعِ اللَّهَ وَ الرَّسُولَ فَأُوْلَئكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيهِْم مِّنَ النَّبِيِّنَ وَ الصِّدِّيقِينَ وَ الشهَُّدَاءِ وَ الصَّالِحِينَ  وَ حَسُنَ أُوْلَئكَ رَفِيقًا

"Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı düzgün, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!" ("Nisa" surəsi, ayə 69.)

Bu deyilənlər ümumi qaydalardır. Peyğəmbərin (s) cazibəsi barədə bəhs çox genişdir və bir neçə dəqiqə ilə tamamlamaq mümkün deyil. Dediklərimiz, əsli bəhsimizdən danışmaq üçün müqəddimə idi.

Böyük müəllim Ayətullah Miyanəcinin cazibəsinin sirləri barədə xüsusi bir məsələ üzərinə əl qoymaq olmaz. Bəlkə davranışları, ruhi və mənəvi sifətləri bir yerə toplanmış, onu cəzbedici bir şəxsiyyətə çevirmiş, ona ürək bağlayanları öz ardınca çəkmişdir.

Aşağıda ixtisarla bu sirlərdən bəzilərinə işarə edirik:

1. Təkəbbürlü və özünü öyən deyildi

Rəzilə sifətlərin heç biri təkəbbür və özünü öymək qədər ürəyi özünə tabe etmir. Bu rəzilə sifət insanın mənəviyyatı və ruhu üçün bir murdarlıq sayılır.

Ayətullah Miyanəci ilə bir yerdə olduğum uzun müddət ərzində onun özünü öyməsini görmədim. Gördüyüm, yalnız onun təvazösü oldu. Mənəm-mənəm deməsi, özündən, əməllərindən, ictihadından, icazələrindən və digər işlərindən danışması mümkün deyildi.

İmam Xomeyninin ustadı Ayətullah Şahabadinin müctəhid yox, filosof olması barədə şayiə yayılmışdı. Bir gün Tehrandan xümsünü ödəmək istəyən bir nəfər onun yanına gəlir və əvvəlcə onun ictihadının icazəsini görmək istəyir. Ayətullah Şahabadi bərk narahat olur. Həyat yoldaşından içərisində ictihadının icazənamələri olan sandığı gətirməsini istəyir. Hamının gözü qarşısında həmin icazənamələri tikə-tikə edir. Sonra əli ilə sinəsinə işarə edərək deyir: "Elm kağızda deyil, ictihad qüvvəsi buradadır. Əgər alimlər mənə ictihad icazəsi veriblərsə, mənim elmi səlahiyyətimə görə olub. Amma mən heç vaxt bu icazə ardınca olmamışam". Onun ustadlarının icazənamələrindən yalnız biri; Mirzə Məhəmməd Təqi Şirazinin (ikinci Mirzə) icazəsi kitablardan birinin arasında qalmışdı. Yazırlar ki, onun həyat  yoldaşı hər vaxt bu hadisəni xatırlasaydı, deyirdi: "Kaş həmin gün o icazənamələrdən heç birini ağaya verməyəydim".

Ayətullah Miyanəci də Ayətullah Şahabadi içdiyi çeşmədən su içmişdi. Bu çeşmə əhli-beytdir (ə).

Ayətullah Miyanəci ömrünün axırına kimi bəlkə də Qumda ən kiçik məscid olan "Abdullahi" məscidini başqa məscidlə dəyişmədi. İctihad etdiyi və elmdə öndə duran müctəhidlərdən olmasına baxmayaraq, heç vaxt minbərə getməyi, vaizliyi tərk etmədi və risalə yazmaq istəyinə düşmədi.

Ustadın söhbətlərinə qulaq asan hər kəs elə birinci məclisdə onun göz yaşlarına cəzb olurdu. Ustadın gözündən yağış kimi su ələnərdi. Elə bil Peyğəmbərin (s) duasının qəbulu idi: "İlahi mənə ağlayan iki göz ver!" Bununla belə deyərdi: "Göz yaşlarıma da ümidvar deyiləm". Necə ki, imam Səccad (ə) buyurur: "Göz yaşlarım da məni istəyimə çatdırmır".

Tufan qarşısında bir saman yarpağıyam

Özüm də bilmirəm hara düşəcəyəm.

2. Zahid və sadə idi

Rəyasəttələb deyildi və dünya malı yığmağa meyli yox idi. Rəyasəttələb və dünya malı ardınca olan şəxs ürəkləri cəzb edə bilməz. Bu barədə özü deyirdi: "Hər kəs rəyasət sorağına getsə, bu nəfsi istəkdir. Rəyasət onun sorağına gəldikdə qəbul etməsə, yenə nəfsi istəkdir". Ustad ömrü boyu rəyasət ardınca getmədi, amma məsuliyyət təyin etsəydilər boyun qaçırmırdı. Ona görə də elmi-tədqiqi işlərə hədsiz meyli olmasına baxmayaraq, xubrigan seçkilərinin hər dövrəsində iştirak edirdi və hər dəfə də yüksək səslə seçilirdi.

Dəfələrlə deyirdi: "Qum, başqa məntəqələrə nisbətən nəfsi istəklərə çox yaxındır". Mən belə fikirləşirəm ki, ustadın kəlamının ikinci hissəsində çoxları şəkkə düşdülər və öz vəzifələri barədə xətaya yol verdilər. Bir nəfər ustada deyir: "Kürsinin yorğanı altında mənəvi bir hal tapmışdım və bərk ağlayırdım. Mənəvi halımın ən yüksək həddinə çatmışdım ki, atam məni səslədi. Amma mənəvi halımın əlimdən çıxacağından qorxub, cavab vermədim". Ağa ona buyurur: "Bu şeytani haldır". Bunu hədislə də təsdiqləyirdi: "Kamalın ən uca həddi odur ki, dində fəqih (dərin düşünən) olasan". Yəni kamalın ən uca həddi odur ki, indi vəzifənin nə olduğunu biləsən. Bizim üçün bu hekayəni danışardı: "Minlərlə müridi olan böyük alimlərdən biri gedib kənddə yaşamaq, ömrünün qalanını oranın camaatını hidayət etməyə sərf etmək qərarına gəlir. Onun müridləri etiraz etdikdə deyir: "Bu qədər mürid, bu qədər rifah və asayişlə Allaha Onun üçün bir iş gördüyümü necə sübut edə bilərəm?" Müridləri nə qədər çalışsalar da onu fikrindən döndərə bilmədilər. Onun fikrindən dönməməsini görən müridlər alimin getməsi üçün yaxşı ab-havası olan bir yer tapırlar. Bunu alimə dedikdə, bir az fikirləşib deyir: "Ora da getmirəm. Çünki yenə də Allaha sübut edə bilmərəm ki, Ona görə ab-havalı yerə getmişəm".

Ustad bu barədə başqa hekayə nəql edirdi: "Bir nəfər Məşhədə gedir. Yuxuda görür ki, imamın zəvvarlarının adını imam Rizanın (ə) öz hüzurunda qeyd edirlər. İmam (ə) onun adının üstündən xətt çəkib deyir: "O məni ziyarət etmək üçün gəlməyib, "Kuhsəng"i görməyə gəlib".

Ustad bu barədə bir maraqlı hekayə də nəql edirdi: "1343-cü ildə Kərbəlaya getdik. Ayətullah Seyid Əhməd Xansari və Ayətullah Əhməd də bizimlə idi. Aşura yaxınlaşmışdı. Ayətullah Xansarinin (imam Xomeyni onu təqvada dünyada oxşarı olmayan bir şəxs adlandırır) İrana qayıtmaq istədiyini eşitdik. Onun bu qərarı bizim hamımızı təəccübləndirdi. Çünki hamının arzusu Aşura günü Kərbəlada olmaq olduğu halda o, Aşuraya bir neçə gün qalmış Kərbəladan İrana qayıtmaq istəyirdi. Onun qayıtmaq istəməsinin səbəbini Ayətullah Damaddan soruşduq. Dedi: "Ağa, Hüseynəli Mənsurun öldürülməsini və bir dəstənin də tutulmasını bilən kimi dedi: "Şəri baxımdan mən Kərbəlada qala bilmərəm. Qayıdım İrana, bəlkə bəzilərini azad edə bildim. Amma siz azadsınız, çünki sizin üçün təklif yoxdur".

Ustad Ayətullah Miyanəci ömrünün axırına kimi dünya malı yığmağa çalışmadı. Yaşadığı evi də çox kiçik idi. Amma bunun başqa alimlərin gözdən düşməsinə səbəb olduğunu başa düşən kimi onların şəninin aşağa düşməməsi üşün evi dəyişdi.

Zöhdü tamamilə tərkidünya olmaq kimi mənalandırmırdı və deyirdi: "Zöhd, daha yüksək hədəfə çatmaq üçün dünyanı tərk etməkdir". Bu barədə Salmanın Mədayində öz ailəsini zəhmətə salaraq tərkidünya olmuş səhabə ilə necə qarşılaşdığını misal çəkirdi.

Yenə Peyğəmbərin (s) zamanında olmuş bu hadisəni misal vururdu: "Peyğəmbərin (s) səhabələrinin arvadlarından bir dəstəsi o həzrətin yanına gəlib, öz ərlərinin onlarla yaxınlıq etməməsindən, gecələr yatmamasından və gündüzlər oruc tutmasından şikayətlənirlər. Peyğəmbər (ə), əbası yerlə sürünən halda məscidə xütbə oxumağa gəldi. Əbanın yerlə sürünməsi ərəblər arasında şəxsin çox qəzəblənməsinin və narahat olmasının əlaməti idi".

Ustadın nəzərində zöhd (mənəvi) tərəqqi etmək, yüksəliş mənasına idi və başqaları kimi bəhanə gətirərək "zöhd, dünyaya bağlı olmamaqdır, dünyanın olmaması yox" deyib, dünya malı yığmırdı. Bəziləri bu bəhanələrlə dəbdəbəli yaşayır, camaatın nəzərini ruhaniyətə qarşı bədbinləşdirirlər. Ağa heç vaxt Peyğəmbərin (s) bu əmrindən çıxmazdı:

"إستووا تستوِ قُلوبکم"

Yəni, ümumi camaatın yaşadığı həddən kənara çıxmayın ki, ürəklərinizdə başqalarına qarşı nifrət, üzdöndərməklik yaranmasın. Bu camaatla, xüsusilə də fəqir-yoxsul təbəqə ilə həmdəm olmaqdır və zöhdün uca hədəflərindən biridir. Ağa bu barədə həmişə Peyğəmbərin (s) həyatını misal gətirib deyirdi: "Məscidun-nəbini böyütmək üçün onun ətrafındakı evləri sökürdülər. Camaat Peyğəmbərin (s) necə yaşamasından xəbərdar olan kimi "Vəfaul-vəfa" kitabının təbiri ilə desək, fəryadla ağlamağa başladılar. Ravi deyir: "Mən o günə qədər Mədinədə elə ağlamanın şahidi olmamışdım". Allah da ًQuranda buyurur:

لَّقَدْ كاَنَ لَكُمْ فىِ رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَة

"Şübhəsiz, sizin üçün Allah Peyğəmbərinin həyatənda həyat örnəyi və nümunəsi vardır". ("Əhzab" surəsi, ayə 21.)

Bəzi alimlər evləri, maşınları, cehizləri, oğlanlarının toyu üçün elə xərclər çəkirlər ki, adi camaatın ruhaniyyətə olan inamını bədbinləşir. Belə alimlərin bəhanəsi budur ki, İslam maarifində məzəmmət olunan dünyaya bağlılıqdır, dünya yox! Belə fikirləşənlər zöhdün mənasını başa düşməmişlər.

Əmir əl-möminin (ə) valinin özünü camaatın maddi baxından ən zəif fərdi ilə eyni tərzdə yaşamağa özünü uyğunlaşdırsın ki: "لِکیلا یتبیغ بالفقیر فقره" " "Fəqirlik, fəqiri sıxmasın". Buradan məlum oıur ki, fəqirə fəqirlikdən çox təsir edən şey onun özünü fəqirlik meydanında yalqız hiss etməsidir. Özünü ümumi camaatdan ayıran alim, əxlaq ustadı da olsa, ağlar gözü də olsa, ürəkləri cəzb edə bilməz. Əxlaq ustadı dərsdən əlavə əxlaq kitabı da yazsa belə, ümumi camaatın vəziyyətinə diqqət etməsə, ümumi sərvət paylandıqda, işləmək üçün fürsət yarandıqda özünü və ailəsini qabağa salsa, camaatın inamına zərər vuracaq və yolu kəsəcəkdir.

Hər halda ustad sadəliyi sevir, dəbdəbəli yaşamaqdan qaçır və deyirdi: "Mənim "dadaş məşdi"lərin (adi camaatın) şəfaətinə ümidim vardır". Öz ustadı Seyid Hüseyn Qazidən nəql edir ki, bir dəfə taksi sürücüsünə deyir: "Allah sənin şəfaətini mənə nəsib etsin". O, bu məsələdə elə bil bu hədisə çox diqqət edirdi: "Cənnət əhlinin çoxu sadə insanlardır".  Hədislərdə sadə qadınla izdivacın müstəhəb olması bildirilir. Burada sadə dedikdə məqsəd o kəsdir ki, hiylə, məkr, aldatmaq bacarmır.

3. İxlas

Ustad bir iş gördükdə özünü və ya ictimai mövqeyini nəzərə almazdı. Bütün fəaliyyətlərində Allahın razılığını nəzərə alardı və Allah sevdiyi mövzuları seçərdi. Onun kitablarının mövzusu da bunu təsdiqləyir. Bu böyük mənəvi sərvət bir-iki günün məhsulu deyil, bəlkə uzun illər boyu riyazətinin, zəhmətinin və ustadlarının nəfəsinin məhsuludur. Ustad bizə bir hekayə nəql etdi. Bu hekayəni Əllamə Təbatəbai özünə ən yaxın adamlardan biri olan Pəhləvaniyə (böyük ariflərdən idi) demişdi. Pəhləvani də dərhal bunu yazmışdı. Amma onu Əllamə Təbatəbainin adına yaza bilməmişdilər. Hekayə (Pəhləvanidən) belə olmuşdu: "Əllamə Təbatəbaidən xahiş etdik ki, müəyyən bir kitabdan bizə dərs desin. Amma o qəbul etmədi. Bizim təkidimiz artdıqda o dedi: "Mən hələ Allaha bir cavab hazırlamamışam ki, özümün etiqadım olmadığı bir kitabla tələbələrin ömrünü zay edəm". Yəni, mərhum Əllamə bir iş görmək istədikdə əvvəl Allahın cavabını hazırlayırdı. Bu da həmin hədisin nəticəsidir ki, buyurur: "Onun üçün cavab hazırlayır".

Deyirlər ki, Müqəddəs Ərdəbili "Müxtəsər" kitabını "Məalim" və "Mədarik" kitablarının müəlliflərinə tədris etdikdə, kitabdakı öz etiqadına görə dinlə bağlılığı olmayan, yaxud da dinə və ya tələbələrə faydası olmayan bəzi mətləbləri ehtiyat edərək demirdi. Hətta, bu iki seçilmiş tələbələrinə həmin mətləbləri mütaliə etməyi də icazə vermirdi. Həmçinin, o zaman üsul elmində ən mötəbər kitablardan sayılan "Şərhi Əmid"i tədris edərkən, onun istinbat (fiqhi hökmü ələ gətirmək) və ictihad üçün gərəkli olmayan mətləblərini deməzdi və bu hissələrin tədrisini tələbələrin vaxtını almaq olduğu üçün ehtiyatın xilafına bilərdi.

Həsənzadə Amili deyir: "Bir kitab yazmışdım. Əllamə Təbatəbainin nəzərlərindən istifadə etmək üçün onun yanına apardım. Əlini bir cümlənin: "İlahi, Məhəmmədi kəalamları çatdırmaqda mənə kömək et!" üzərinə qoyub dedi: "Nə üçün bu cümləni yazmısan?" Cümləyə nə qədər diqqət etsəm də onda bir eyib görmədim. Əllamə buyurdu: "Nə üçün şəxsi dua etmisən? Mən özümü tanıdığım gündən şəxsi dua etməmişəm!"

Ayətullah Meşkini imam Səccadın (ə) bu duasını çox xoşlayırdı:

"اللهمَّ اغفِر لِحَیِّنا و مَیِّتنا وَ صَغیرنا وَ کَبیرنا وَ ذَکَرنا وَ أنثَانا حُرِّنا وَ مَملوکِنا "

"İlahi, bizim dirilərimizi, ölülərimizi, kiçiklərimizi, böyüklərimizi, azadlarımızı, qullarımızı bağışla!"

Rəvayətdə də gəlib: "Sizlərdən hər kim dua etsə, ümumi dua etsin".

Yenə rəvayətdə gəlib: "İmam camaat əgər şəxsi dua etsə, ona iqtida edənlərə xəyanət etmişdir".

4. Rəftarın və başqalarının hüquqlarına riayətin cazibəsi

İnsanın ictimai rəftarı onun cazibəsində və ya ona nifrət olunmasında böyük rol oynayır. Bəzi alimlərin böyük fəzilətləri olmasına baxmayaq, rəftarda o qədər də mahir deyillər və bir səhv rəftarla camaatın onlardan uzaqlaşmasına səbəb olurlar. Ustad (Ayətullah Miyanəci) bu işdə örnək və nümunə idi. Amma bu məsələdə istedad və zəhmətlərindən əlavə həmişə özünü ustadlarına borclu bilirdi. O deyirdi: "Mərhum Əllamə ilə bir küçədən keçirdik. Uşaqlar ona hörmətsizlik etdilər. Mənim halım dəyişdi. Əllamə mənim bu işimdən bərk narahat oldu".

Ustad yenə deyirdi: "Mənim üç kitabxanam var: biri xəstə anamın otağında, o yuxuya gedənə qədər; biri mətbəxdə həyat yoldaşımın yanında; biri də öz otağımda". Bu məsələdə Peyğəmbərin (s) hədisinə riayət edirdi: "Kişinin öz ailəsinin yanında oturması, məsciddə etikaf etməsindən yaxşıdır".

Ustad bu barədə ərəblər arasında və İraqda məşhur olan əxlaq ustadı Taha Nəcəfin hekayətini çox danışardı.

5. Dinin əqli və fəlsəfi bəyanı

Dini yaxşı başa düşmək ruhani üçün moizədə, kitab yazılmasında, mövzu seçməkdə, cazibədə və digər işlərdə çox mühüm rol oynayır. Bunun əksinin, yəni dini yaxşı başa düşməməzlik bir mətləbin çatdırılmasında, mövzu seçimində və digər işlərdə insanın xətaya yol verməsinə səbəb our, camaatı ondan uzaqlaşdırır.

Ustad dini həm nəhayət dərəcədə yaxşı dərk etmişdi, həm ona əməl edirdi.

Yadımdadır, bir dəfə tələbələr üçün ölkənin ən tanınmış əxlaq ustadlarının hər birindən dəstur-əməl almaq qərarına gəldik. Əvvəl Ayətullah Meşkiniyə müraciət etdik. Sonra başqa bir əxlaq ustadından sadə və eyni zamanda çox dəyərli dəstur-əməl aldıq və onun nüsxəsi hələ də məndədir. Növbət Ayətullah Miyanəciyə çatdıqda onun dəstur-əməl verməyəcəyindən qorxduq. Ona görə də həmin əxlaq ustadının dəstur-əməlni ona göstərdik. Ayətullah Miyanəci ölkənin ən öndə duran əxlaq ustadının dəstur-əməlini gördükdən sonra onun məktubunun altında yazdı:

"Allahın adı ilə.

Tələbələr, xüsusilə də cavan tələbələr üçün!

Gərək yaxşı yesinlər, yaxşı yatsınlar, yaxşı istirahət etsinlər və gəzsinlər. Qalan vaxtlarını dərs oxumağa məşğul olsunlar. Əgər belə etməsələr, onların (müstəhəb) ibadətləri və (digər) müstəhəb əməlləri dərsə maneədir və tələbələri savadsız bir müqəddəsə çevirəcəkdir. Tələbələr gərək vacib əməlləri yerinə yetirsinlər, haramdan dəqiq surətdə çəkinsinlər. Müstəhəb əməlləri, dərslərinə, bəhslərinə, sağlamlıqlarına zərəri olmayacaq həddə yerinə yetirsinlər". Əli Əhmədi Miyanəci.

Ustad dərin dərk və düşüncəyə malik idi. Onun kitab və moizələrindən ağıl və hikmət süzülür. Heç vaxt ağıl qəbul etməyən, zehindən uzaq bir rəvayət nəql etmədi. Söhbətlərində heç vaxt dinin gözəllikləri ilə uyğun olmayan yalançı irfanları təsdiq etmədi.

Zahirdə qadının məzzəmməti barədə gəlmiş hədisləri elə açıqlayırdı ki, qadınlar özləri də razı qalırdılar.

Ayətullah Miyanəci şagirdin ustaddan bəhrələnməsinə etiqadlı olmasına baxmayaraq, bəzi ariflərin tərif etdiyi ustadla şagird arasındakı xüsusi əlaqəni qəbul etmirdi və deyirdi ki, ustad yol açmaq üçündür və əgər təqva, günahdan çəkinmək, eyibləri tərk etməklə yol açılırsa, şagirdin həyatında ustadın rolu o həddə bəsdir.

Bu barədə rəvayət də oxuyurdu: "Əgər bir kəs, özünün bir eybini düzəltsə, Allah onun on eybini özünə göstərir. Əgər on eybini düzəltsə, yüz eybini göstərir".

Ayətullah Behcət dəfələrlə deyirdi: "Sənin ustadın bildiklərindir".

Ayətullah Miyanəci dində dərin və dəqiq araşdırmalar aparır, dinə zərbə vuran sənədsiz hədisləri qəbul etmirdi. Bir dəfə "Əgər Fatimə olmasaydı siz iki nəfəri (Peyğəmbər (s) və Əlini (ə)) yaratmazdım" hədisini açıqlamasını istədik. Hədisin sənədsiz olduğunu dedi. Nə qədər dəlil gətirsək də qəbul etmədi və bu təvillərin yersiz olmasını, Ayətullah Seyid Məhdi Ruhaninin də bu etiqadda olduğunu (hədisi qəbul etmədiyini) dedi.

Bir dəfə də yenə ğülüvv barədə zəif bir hədisə işarə edib dedi: "Mən elə bilirdim ki, bu hədis təkcə "Tohfətul-məcalis" kitabında gəlib. Amma sonra gördüm ki, onu Məclisi də "Biharul-ənvar" kitabında gətirib. Rəvayət belədir: "Ömər, həzrət Əlinin (ə) dolanışığını haradan təmin etməsi barədə şübhəyə düşür. Bunu araşdırmaq üçün bir gün o həzrətin ardınca düşür. Amma birdən özünü bir dəstənin əkinçilik, bir dəstənn başqa bir iş və... məşğul olduqları yerdə görür. Onlardan buranın hara olmasını soruşur. Onlar deyir: "Haradan gəlirsən?" Mədinədən gəlməsini deyir. Oradan Mədinəyə qədər bir illik yol olmasını deyirlər. Ömər oradan necə getmək lazım olduğunu soruşduqda deyirlər: "Kiminlə gəlmisənsə, gərək onunla da qayıdasan...". Ustad deyirdi: "Həzrət Əlinin (ə) şəxsiyyəti o qədər aşkar idi ki, bir kəsin onun dolanışığının haradan təmin olmasında şəkk-şübhəyə düşməsi mümkün deyildi".

Bir dəfə ustada dedik ki, müasir fəlsəfəçilər dinin əfsanə olmasını və ruhanilərin də əfsanənin təbliğ etdiyini, öz həyatlarını əfsanəvi dində axtardıqlarını iddia edirlər. Bizim dinimiz barədə bu iddialarına ən çox Kərbəla hadisələrindəki qeyri-adi hadisələri, xüsusilə də imam Hüseynin (ə) şəhadətindən sonra "hansı daşı qaldırırlarsa, altında qan olduğu" hekayətini sübut olaraq gətirirlər. Ustad dedi: "Hər daşın altından qan çıxması hədislərinin hamısı Səvaiq ibn Hicrdən nəql olunub və o, əhli-sünnə idi. Şiə belə rəvayət nəql etməmişdir. Əlbəttə, Vicdani Fəxrin Əllamə Təbatəbailə Aşura günü olan hekayəti ayrı bir məsələdir. Əllamə Təbatəbai, Aşura günü bir kəsəyi götürüb, sındırır və kəşf yolu ilə Fəxrə kəsəyin içinin tamamilə qan olmasını göstərir. Bu mükaşifədir. Halbuki, ibn Hicrin dediyi "hər kəs baxdı, qan gördü" sözü ümumidir. Əllamə batindən və mələkutdan danışır, amma ibn Hicr zahirdən".

6. Elmi çalışqanlığı çox idi

Din aliminin əsil gözəlliklərindən biri onun elm və biliyidir. Elmsiz alim nəhayətdə abiddir. Ustad deyir: Mələklər Allaha insanın xilqətinə etiraz edib, onun qan tökəcəyini, fəsad edəcəyini dedilər. Allah bir cümlə ilə onların cavabını verdi: "وَ عَلَّمَ ءَادَمَ الْأَسمَْاءَ كلَُّهَا" "Adəmə bütün şeylərin adlarını öyrətdi". ("Bəqərə" surəsi, ayə 31.) Yəni, Mən abid istəmirəm, bəlkə alim abid istəyirəm və alim qan tökmür, yer üzündə fəsad etmir.

Ustadın elmi çalışqanlığı çox idi və onun elmi məlumatının dərinliyi, araşdırmaları bütün tədqiqatçıları heyrətləndirirdi. Onun "Məkatibur-rəsul", "Məkatibul-əimmə", "Zulamətuz-Zəhra" və s. kimi çoxlu tədqiqləri çox çalışqan və yorulmaz olmasından xəbər verir. Özü deyirdi: "İbn Əbil-Hədidin iyirmi cildlik şərhinə üç dəfə mündəricat yazmışam".

Ustadın əhli-beytin (ə) tarixi barədə ən düzgün və zəngin məlumatı var idi, onların tarixindən söhbət düşdükdə dərya kimi təlatümə gəlirdi.

O bu fəzilətdə də özünü ustadlarına borclu bilir və deyirdi: "Əllamə Təbatəbai bərk xəstələnmişdi. Onun yanına təcrübəli həkim apardıq. Həkim müayinədən sonra dedi: "Bu gündən mütaliəni yığışdırın. Əgər mütaliə ilə məşğul olsanız, sizin ölmünüz mütləqdir". Həkim getdikdən sonra ondan mütaliə edib-etməyəcəyini soruşduq. Dedi: "Mütaliə edib ölməyim, mütaliə etməyib ölməyimdən yaxşıdır". Təəccüblü budur ki, Əllamə "Əlmizan" kimi ağır və dəyərli təfsiri bundan sonra yazdı".

Mədinə universitetinin doktorlarından biri iyirminci əsrin təfsir kitabları barədə araşdırma olan "Əl-itticahatut-təfsiriyyə fi qərnir-rabe əşər" kitabında şiənin təfsir kitabları arasında "Əl-mizan" və "Əl-fürqan"ı qiymətləndirir. "Əl-mizan" barədə deyir: "Bu kitab məni hədsiz təəccübləndirir. Mən bu kitab barədə əhli-sünnənin "Kaşif" barədə dediyini deyirəm. Əhli-sünnə Zəməxşərinin "Kaşif"i barədə deyir: "Əgər Zəməxşəri mötəzilədən olmasaydı, onun təfsiri ən yaxşı təfsir olardı". Mən də "Əl-mizan" barədə deyirəm. Əgər Təbatəbai rafizi (şiə) olmasaydı, onun təfsiri dünyada olan təfsirlərin ən yaxşısı olardı!"

Ustad deyir: "Bəzən Əllamənin yanına gedirdim. Zirzəmidə zic (astronomik cədvəl) düzəltdiyini görürdüm. Bunun səbəbini soruşduqda deyirdi: "Elmlər, bağlar kimidir. Bağın birindən yorulduqda o biri bağa daxil oluram".

Ayətullah Seyid İzzəddin Zəncani deyir: "Əllamənin görüşünə getdim. Əlləri əsən halda təfsir yazırdı. Amma hərflərin nöqtəsini qoymurdu. Səhifə tamam olduqdan sonra səhifədəki hərflərə nöqtə qoyurdu. Nə üçün belə etdiyini soruşduqda dedi: Hesablamışam ki, belə etdikdə bir neçə dəqiqə vaxta qənaət olur. Başqa tərəfdən də yazdıqlarımı yenidən oxumağa vaxtım olmadığından belə etdikdə həm nöqtə qoyuram, həm də oxuyuram".

Ustad Miyanəcinin artıq səylərinin nəticəsində həm şiə "Məkatibur-rəsul" kitabı ilə əhli-sünnənin yanında özünə yer qazandı, həm də əhli-sünnənin bütün kitabxanaları bu kitabla zinətləndi. Həmçinin ustad özü bu kitablarla yanaşı "Təbərrük", "Torpağa səcdə", "Zulamətuz-Zəhra" və digər dəyərli kitabları ilə məsumlar (ə) tərəfindən şiə alimlərinə verilən "məratib" kimi yüksək və əzəmətli adı qazandı, həm də şəriət sahibi tərəfindən qəbul edildi. Bunun nümunəsi Peyğəmbərin (s) alimlərin birinə yuxuda "Məkatibur-rəsul" kitabını hədiyyə etməsidir. Halbuki, kitab hələ çapdan çıxmamışdı.

İndiki dövrdə yaşayan tələbələrimiz bu məsələni özlərinə örnək götürməli, ciddi çalışmalı, fürsəti əldən verməməli və bilməlidirlər ki, onların zəhməti hədər getmir.

إِنَّ الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلا

"İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!" ("Kəhf" surəsi, ayə 30.)

Yenə bilməlidirlər ki, gec-tez Allah yaxşı işlərini aşkar edəcək və həmişə ona təşəkkür edəcək. Necə ki, duada gəlib: "Ey gözəllikləri aşkar edən!"

Məqaləni tələbələri daha artıq həvəsləndirmək üçün bu hekayə ilə sona yetirirəm. "Əl-qətrə" kitabının müəllifi (və həzrət Əlinin (ə) hərəminin imam camaatı, Ayətullah Xoyinin kürəkəninin qardaşı) Ayətullah Müstənbit deyir: "Əmir əl-mömininin (ə) fəziləti barədə olan "Əl-qətrə" kitabını yazdıqdan sonra yuxuda gördüm ki, başım Həzrət Zəhranın (ə) dizinin üstündədir. Öz-özlüyümdə təəccüb etdim ki, düzdür mən seyidəm, amma mən hara, bu inayət hara?! Bu vaxt həzrət Zəhra (ə) buyurdu: "Bu, Əl-qətrənin mükafatıdır!"

O gözəlliklər barədə hər nə dedimsə

Eşidən dedi: "Lillahi durru qail".

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/12
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap