Deneme versiyası
Günün nitqi
Ayətullah amillər: ilk Asrsyant, E. Ast.khda ona Lord ələ ürəyində olduğunu Allahın sadiq iki barmaqları arasında ona Knd.qlb bir Allah tuta onun Dhd.jz Khvdqrar saxlamaq.

 ŞƏHİD MÜTƏHHƏRİYƏ GÖRƏ SÖZ VƏ DÜŞÜNCƏ AZADLIĞI (MÜƏLLİF: MƏHƏMMƏD RÜSTƏMİ)

Müqəddimə

Öncə azadlıq, düşüncə anlayışlarını və bu iki anlayışın insan fitrəti ilə münasibətini qısaca incələyəcək, davamında isə söz və düşüncə azadlığını Şəhid Mütəhhərinin fikirləri əsasında öyrənəcəyik.

Azadlıq və onun qisimləri

“İnkişaf, tərəqqi yolunu keçmək istəyən hər bir canlı varlığın ehtiyaclarından biri azadlıqdır” (1).

Bu arada insan və onun inkişafı, təkamülü azadlığa, azadlıqdan törəyən nəticələrə ehtiyaclıdır.

“Azad insanlar o insanlardırlar ki, inkişafları, təkamülləri qarşısına çıxan bütün maneələrlə mübarizə aparır. Bu kimi insanlar heç bir maneəyə baş qaldırmaq üçün yol vermirlər” (2).

İctimai azadlıq

“İnsan bitkilərin, heyvanların ehtiyaclı olduğu azadlıqlardan başqa bir sıra digər azadlıqlara da ehtiyaclıdırlar ki, biz onları iki qisimə bölürük. Bu azadlıqların bir növü ictimai azadlıqlardır. Yəni insan cəmiyyətdə digər fərdlər tərəfindən azadlığa malik olmalıdır. Başqaları onun inkişafı, tərəqqisi yolunda maneəyə çevrilməməlidirlər. Onu həbs etməməli, məhbus həyatı yaşatmamalıdırlar, fəaliyyətinin qarşısını almamlıdırlar. Başqaları onu istismar etməməli, ona hökm etməməlidirlər” (3). Qurana görə, peyğəmbərlərin (ə) peyğəmbərliyinin məqsədlərindən biri bəşəriyyətə ictimai azadlıq bəxş etmək olmuşdur. Ayələrdən birində deyilir: (Ya Peyğəmbər!) Söylə:Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!” (4) Sözügedən ayədəki “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” ifadələri insanın digər insanlar tərəfindən ictimai azadlığının təmin olunmasına işarədir.

Mənəvi azadlıq

Azdlığın bir növü də mənəvi azadlıqdır. Bu, digər hər bir şeydən daha dəyərlidir. İctimai azadlıq mənəvi azadlıq olmadan müyəssər olmur, praktiki olaraq özünü doğrultmur. Bugünkü bəşəri cəmiyyətin problemi budur. Bugünkü bəşər ictimai azadlığı təmin etməkistəyir, amma mənəvi azadlığın ardınca getmir. Bu növ azadlığa din təbirincə “nəfsin saflaşdırılması”, “təqva” deyilir (5). Şəhid Mütəhhəri bu məsələ ilə bağlı İmam Əlinin (ə) dəyərli bir kəlamını xatırladır: “Həqiqətən, təqva çətinliklərin açarı, məad tədarükü, hər bir padşahın böyunduruğundan azadlığa çıxmaq, hər bir fəlakətdən xilas olmaq deməkdir” (6). Bəşər öz varlığı baxımından, öz ruhu baxımından azad olmalıdır ki, başqalarına da azadlıq bəxş edə bilməlidir.

Təfəkkür

Bəşərdə mövcud olan ən müqəddəs və azadlığa kəskin ehtiyacı olan istedadlardan biri təfəkkür, düşüncədir. “İnsanın tərəqqiyə nail olmalı ən mühüm hissəsi təfəkkürdür. Şübhəsiz, bu tərəqqi, yüksəliş azadlığa, qarşısında heç bir maneənin olmamasına ehtiyaclıdır. Demək, insan təfəkkürdə azad olmağa ehtiyaclıdır” (7).

Təfəkkür bəşərin zəruri şərtidir. İslam təfəkkür məsələsində nəinki ona azadlıq vermiş, hətta bunu vaciblər sırasına daxıl etmiş, ibadət saymışdır.

Fitrət prinsipi

Fitrət prinsipi İslam maarifində ana qanun hesab olunan bir prinsipdir (8). Həqiqət budur ki, insanın azadlığı yalnız fitrət nəzəriyyəsi çərçivəsində təsəvvür oluna bilər. Yəni insan dünyanın ümumi substansional hərəkəti istiqamətində dünyaya gəlir, onun şəxsiyyətinin ilk təməlini də həmin cəhət formalaşdırır. Daha sonra isə mühit amili təsiri altında təkmilləşir, inkişaf edir. İnsana şəxsiyyət verən cəhət də bu cəhətdir. Belə ki, o, tarixə hakim kəsilir və tarix yolunu təyin edir” (9).

Ustad Mütəhhəri bu məqam üzərində təkidlə dayanır ki, insan bir varlıq olaraq səhvdən, yanlışdan ari deyil. Amma sonunda fitrətin hökmü ilə öz yolunu tapa bilər. “Fitrətin hökmü son olaraq qaçılmaz əmrdir. İnsan bir sıra sağa-sola yönəlmələrdən sonra nəhayət, öz yolunu tapır və ondan əl çəkmir” (10).

Amma burada bəhsin zərurətinə səbəb budur ki, fitrət prinsipinə görə insanın psixologiyası onun onun sosiologiyasından öndədir. İnsanın sosiologiyası onun psixologiyasından qaynaqlanır” (11). Digər tətəfdən isə cəmiyyətin ictimai ruhu insan növünün fitri olaraq son kamilliyə yetməsi üçün seçdiyi vasitədir” (12).

Bu baxımdan mənəvi azadlığa bağlılığın və onun ictimai azadlıqdan öndə olmasının əhəmiyyəti bəlli olur. Hansı ki, insan fitrəti son kamilliyə yetmək üçün onu seçmişdir.

Şəhid Mütəhhəriyə görə düşüncə və söz azadlığının mehvərləri

A) Fikir azadlığı ilə etiqad azadlığının fərqi və insan hüquqları konvensiyasının məsələ ilə bağlı səhvi;

“Fikir, düşüncə və etiqad arasında fərq var. Təfəkkür insanın ağıllı olmasından qaynaqlanan bir qüvvədir. İnsan ağıllı varlıq olduğundan mütəfəkkirdir, düşünəndir. O, təfəkkür məsələlərində xüsusi gücə malikdir. Fikirləşdiyindən, düşündüyündən həqiqətlər, gerçəklər müəyyən qədər ona aydın olur” (13). Etiqad, əqidə necə? “Ola bilər ki, insanın etiqad bəsləməsinin, könül verməsinin, insan ruhunun bağlanmasının əsasını da təfəkkür təşkil edir. Belə olan halda onun etiqadı da təfəkkür üzərində qurulur. Lakin bəzən insan bir şeyə etiqad bəsləyir və bu etiqad daha çox ürək işi olur. Ağıl işi yox, hiss işi olur” (14).

Ustad, bu sualın davamı olaraq bildirir: “İnsan rəğbətlər, bağlılıqlar baxımından azad olmalıdırmı? Bu rəğbətlər insanda təəssüb, kortəbiilik, sakitlik əmələ gətirir. Əsasən daha çox fikirin ayağını bağlayan etiqaddır” (15). Ustadın insane hüquqları konvensiyasının 19-cu maddəsinə tutduğu iradın səbəbi də həmin yanaşmadır. Bu maddədə deyilir: “Hamı əqidə və ifadə azadlığına malikdir. Bu hüquq kimsənin öz etiqadından qorxu, gərginlik keçirməməsini təmin edir. İnsan, mümkün olan bütün vasitələrlə, sərhədlər nəzərə alınmadan məlumat toplamaqda, fikirləri öyrənməkdə, onları yaymaqda azaddır” (16).

B) İslam dünyasında düşüncə azadlığı

Ustad Mütəhhəri öz bərəkətli ömrü boyunca daim çalışmışdır ki, müxalif fikirlər, müxalif əqidələr üçün münasib şərait yaradılsın. O, bu yolda elm çırağı ilə əyintiləri aşkara çıxarmış, İslama doğru gedən yolu işıqlandırmışdır. O, İslam dünyasında, İslam sivilizasiyası və mədəniyyətində bu kimi müxalif nəzəriyyələrin uzun keçmişə malik olduğuna işarə vuraraq bildirir: “Hicri ikinci əsrdən başlayaraq müxtəlif millətlərin birgə yaşadığından fərqli nəzəriyyələr, etiqadlar kəskin toqquşmağa başladı. Materialistlər tam azad şəraitdə elmi dairələrdə və aşkar şəkildə öz etiqadlarını açıqlamağa, başqalarını öz ideologiyalarına dəvət etməyə başladılar. Hətta “Məscid əl-həram”da və “Məscid ən-Nəbi”də silsilə məclislər  təşkil olunur və öz etiqadları haqqında söhbət edir, fikir mübadiləsi aparırdılar. Materialistlər üçün dünyanın heç bir yerində bu qədər azad şərait yaradılmamışdır” (17).

C) Din tərəfdarlarının iradları cavablandırmaqda genişürəkli olmalarının zəruriliyi.

Tarix boyu etiqad və düşüncə azadlığı bəşərin ən dəyərli arzu və ideallarından olmuşdur. İslam tarixində bu növ münasib şəraitin yaradılması hallarını çox görürük. Bu, öz növbəsində misli görünməmiş bir haldır və onun möhkəmlənməsinə, rövnəqlənməsinə gətirib çıxarmışdır. İslam bu azadlıqlar sayəsində yaşaya bildi.

Ustad Mütəhhəri deyir: “Əgər İslamın erkən çağlarında kimsə gəlib: “Mən Allahı qəbul etmirəm”, -dedikdə  “vurun, öldürün”, - desəydilər bu gün artıq İslamdan əsər-əlamət olmazdı. İslam bu gün ona görə yaşayır ki, müxtəlif fikirlərə münasibətdə şücaətli oldu, aydın davranış nümayiş etdirdi” (18).

Sonda o görkəmli alimin gənc nəsilə tövsiyəsini diqqətinizə çatdırırıq: “Mən, gənclərə, İslam tərəfdarlarına xəbərdarlıq edirəm ki, İslamı qorumağın yolunun digər etiqadları izhar etməyin qarşısını almaq olduğunu düçünməsinlər. İslamı yalnız bir güclə qorumaq olar. O güc, elm gücüdür”.

Qeydlər:
------------------------------------------------------------------------------------------------------

  1. Mütəhhəri, Mürtəza, “Mənəvi azadlıq”, səh. 16.
  2. Yenə orada.
  3. Yenə orada, səh. 17.
  4. Yenə orada, səh. 18; “Ali-İmran”, 64.
  5. Yenə orada, səh. 21.
  6. Yenə orada, səh. 22.
  7. Mütəhhəri, Mürtəza, “İslam Respublikası haqqında”, səh. 92.
  8. Mütəhhəri, Mürtəza, “İslam dünya görüşünə giriş”, səh. 376.
  9. Yenə orada, səh. 363.
  10. Yenə orada, səh. 344.
  11. Yenə orada, səh. 276.
  12. Yenə orada, səh. 342.
  13. Mütəhhəri, Mürtəza, “İslam Respublikası haqqında”, səh. 93.
  14. Yenə orada, səh. 97.
  15. Yenə orada, səh. 97.
  16. Mütəhhəri, Mürtəza, “Materializmə yönəlmənin səbəbləri”, səh. 13.
  17. Mütəhhəri, Mürtəza, “İslam Respublikası haqqında”, səh. 18.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 2010/08/17
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send

Ayətullah Əmirinin Əsərlərini Qoruma Mərkəzinin Darrelarşad Mədəniyyət və Tədqiqat İnstitutunun İnformasiya Mərkəzi

SiteMap